Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik narkotik əkininə görə işçilərini qovdu
Tarix: 07-06-2016 | Saat: 17:31
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Nazirlik narkotik əkininə görə işçilərini qovdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin narkotik əkən əməkdaşlarını işdən çıxarıb.

Nazirlikdən ANS-ə verilən məlumta görə, Zaqatala Dövlət Təbiət Qoruğu və Balakən Polis Şöbəsinin əməkdaşlarının birgə tədbirlər planına uyğun olaraq 5 iyunda əməliyyat axtarış tədbirləri keçirilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayının müxtəlif sahələrində hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olan ümumi sayı 781 ədəd narkotik xassəli çətənə bitkisinin aqrotexniki qaydada əkildiyi aşkar olunub.

Araşdırma zamanı çətənə kollarını Balakən rayon Qazbinə kənd sakini, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kortala meşəbəyliyinin gözətçisi, orta təhsilli Arif Saxrayev və həmkəndlisi tərəfindən qanunsuz olaraq qoruq ərazisinə daxil olaraq əkdiyi məlum olub.

Faktla bağlı sözügedən ərazinin mühafizəsinə cavabeh olan Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Zahid Dondulov əmək vəzifələrini layiqincə yerinə yetirmədiyinə, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə vəzifəsindən azad edilib. Bundan başqa Balakən MMBM-nin meşə gözətçisi Arif Saxrayev qanunsuz fəaliyyətinə görə işdən çıxarılıb.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində çətənə kollarının əkildiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər aparılır.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___