Ucara yırtıcı hücumu: Sakinlər evdən çıxa bilmir
Tarix: 07-06-2016 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ucarın Şahlıq kəndi artıq neçə gündür yırtıcıların hücumuna məruz qalır.
Bu barədə Publika.az-a kənd sakini Rüfət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, çaqqallar sürü ilə dəstə şəklində gəzərək həyətyanı sahələrə hücum edir, sakinlərin toyuq-cücələrini aparırlar. Sakinlərdə silah olmadığından onlar həyətyanı sahələrini şiferlə hasarlamağa başlayıblar: “Toyuqları hücumdan qorumaq üçün həyətin digər hissəsini də şiferlə hasarlamışıq. Bağ tərəfə keçən ev quşları bizim deyil. Dərhal çaqqallar oğurlayır. Bəzən lap gözümüzün qarşısında toyuqları aparırlar. Silahımız olmadığından heç nə edə bilmirik”.
Onun sözlərinə görə, yırtıcıların ovu səhər saat 10-da başlayır: “Hər dəstədə iki-üç, bəzən dörd çaqqal olur. Günorta sayları bir az artır. Axşamlar isə daha da çoxalır. Uşaqları həyətə, bağa buraxa bilmirik. Dəstə-dəstə ulaşanda bilirik ki, ev quşlarını oğurlamağa gəliblər. Son günlər ərzində kiminin qoyununu parçalayıb, kimin hinduşkasını, toyuğunu, cücəsini, qazını, ördəyini aparıblar”.
Kənd sakini qeyd etdi ki, bəzi sakinlər tələ qurub: “Bir gecə tələyə beş çaqqal düşmüşdü. Sakinlər sanki qoyun otarırmış kimi toyuq-cücələri otarırlar. Bəzi qadınlar qorxularından bağlara keçə bilmirlər”.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

18-10-2018, 12:06
Bu gün Azərbaycanın Müstəqillik Günüdür
27-05-2016, 14:55
Rusiya etiraf etdi: “ABŞ-dan çox geridəyik”
14-09-2016, 18:39
AZƏRBAYCANLI STİLİST YENİ – FOTO LAYİHƏDƏ
3-05-2017, 15:27
AZAL fəaliyyətini dayandırıb bəyanat yaydı
4-05-2021, 20:03
Aslan Hüseynov Gəncədə dəfn OLUNDU
28-12-2021, 13:13
Ata Abdullayevə hökm oxundu - 7 il
30-11-2017, 11:47
Dekabrda hava necə olacaq?
18-09-2018, 14:57
Prezident İlham Əliyevin Masallı və Biləsuvara səfəri - YENİLƏNİB - FOTO