Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlılar Gürcüstana səyahət edənlərin siyahısında birincidir
Tarix: 07-06-2016 | Saat: 06:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanlılar Gürcüstana səyahət edənlərin siyahısında birincidir
2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstana rekord sayda turist səyahət edib.

Trend-in "Sputnik-Georgia"ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.

O qeyd edib ki, cari ilin 5 ayı ərzində Gürcüstana gələnlərin sayında rekord artım qeydə alınıb: "2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu, çox müsbət göstəricidir".

G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrdən deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəyə 2 119 275 nəfər səyahət edib. Turistlərin sayı isə 782 814 nəfər təşkil edib.

Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 071 nəfərlə Turkiyə gəlir.


Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___