Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu qurğu astma xəstələrinin qeydinə qalacaq
Tarix: 07-06-2016 | Saat: 06:23
Bölmə:Karusel / Səhiyyə / Təhsil / M2 | çapa göndər

Bu qurğu astma xəstələrinin qeydinə qalacaq
Amerikalı alimlər astma xəstəliyindən əziyyət çəkən pasiyentlərin vəziyyətinin monitorinqi üçün daşınan qurğu hazırlayıb.

Reli Şimali Karolina Dövlət Universiteti və Çapel-Hill Şimali Karolina Universitetinin əməkdaşları tərəfindən hazırlanmış cihaz üç hissədən ibarətdir: biləyə taxılan sensor, döş qəfəs nahiyəsinə quraşdırılmış sensor və cib spirometri (tənəffüsün tezliyi və ritmini ölçən qurğu).

"Xəbəraz.az " ıctnews.az-a istinadən xəbər verir ki, biləyə taxılan ötürücü havada təhlükəli maddələrin (ozon və uçucu üzvi birləşmələr) səviyyəsini, həmçinin nəbz, temperatur, rütubət və qanda oksigenin miqdarını müəyyənləşdirir. Döş qəfəs nahiyəsinə quraşdırılmış ötürücü ürək sıxılmalarının tezliyini (elektrokardioqrafiya və fotopletizmoqrafiya), tənəffüs tezliyini (fotopletizmoqrafiya) qeydə alır. Spirometrin köməyi ilə nəfəs verilən hava axınının xüsusiyyətləri ölçülür.

Bütün ötürücülər multimodal sensor platforması ilə inteqrasiya edilib. Sonuncu tərəfindən qeydə alınmış məlumatlar "Bluetooth" texnologiyası ilə kompüter və ya smartfon üçün xüsusi proqrama, sonra ayrılmış serverdə işləyən "bulud" saxlancına göndərilir. Bu informasiya həkim və xəstələrə diaqnozu dəqiqləşdirməkdə və astma xəstəliyinin müalicəsində səmərəli taktika seçməyə kömək edəcək. Bundan əlavə, biləyə taxılan ötürücü astma xəstəsini havanın təhlükəli çirklənməsi barədə xəbərdarlıq edə bilər.

Qurğunun istehsalçısı Alper Bozkurqun sözlərinə görə, "HET ("Health and Environmental Tracker")" adlı cihazın kommersiya versiyası 4-5 il ərzində hazır olacaq. Cihazın təxmini dəyəri təxminən 50 dollar təşkil edəcək.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
14-12-2015, 20:15 Nardaran yeni xəbər var
17-07-2017, 10:55 İsrail TANAP-a qoşulur

bütün xəbərlər
____ Instagram ___