Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR Rumıniyada daha bir məntəqə açdı
Tarix: 06-06-2016 | Saat: 19:17
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

SOCAR Rumıniyada daha bir məntəqə açdı


İyunun 6-da Rumıniyanın Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.

"Xəbəraz.az " SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Nano 95”, “Nano Dizel” və “Nano Super Dizel” tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb.

Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları,“Roviniete”də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.

Qeyd olunub ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___