Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əbru əri üçün kirayə ev tutdu: Zərrab azadlığa çıxır?
Tarix: 05-06-2016 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əbru əri üçün kirayə ev tutdu: Zərrab azadlığa çıxır?

Müğənni Əbru Gündəş Amerikada məhbus olan həyat yoldaşı Rza Zərrab üçün Manhettendə kirayə ev tutub.

Musavat.com xəbər verir ki, ötən gecə "Şişli Günay" restoranında səhnəyə çıxan sənətçi şən hərəkətləri ilə diqqət çəkib. Həyat yoldaşının Amerikada həbs olunmasının təsirindən çıxan Gündəş konsert boyu tamaşaçılarla zarafat edib. Qonaqlarla tez-tez ünsiyyət quran müğənni etiraf da edib:

“Çox gözəl bir axşamdır. Mahnılarımı qarşınızda həyəcanlanaraq söyləyirəm. Hər zaman sizinlə birlikdə dərdləndik, kədərləndik, köhnə eşqləri xatırladıq”.

Gündəşin gözəl əhval-ruhiyyədə olması "Zərrab pul cəzası ilə sərbəst buraxılsa, yaşaması üçün evi hazırdır. Əbru Nyu Yorkdakı bir göydələndə ev tutub. Əhvalı da ona görə düzəldi. Yəqin, Zərrab sərbəst buraxılacaq”, - iddialarının səslənməsinə səbəb olub.

Qeyd edək ki, R.Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəmədə həbs olunub. İran əsilli iş adamı ABŞ-ın mənafelərinə qarşı komplo qurmaq, İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur. Onun zaminə buraxılması üçün 50 milyon girov təklif edilib.


Xəbəri paylaş

9268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___