Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rauf Qərib Alagöz
Tarix: 14-03-2015 | Saat: 21:34
Bölmə:Karusel / Təhsil / Maraqlı / M2 / Ekskluziv | çapa göndər

Rauf Qərib Alagöz
ÜZÜLMƏ.

Tale dəftərimiz belə yazılıb,
Üzülmə sevdiyim, üzülmə bəsdi.
Bəlkə də, bu həyat bizimki deyil,
Ya da ki, göylərdən bizlərə qəsddi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.

Bircə yaşamlıqdı bu fani həyat,
Qoymayır yaşayaq firavan, rahat.
Acığa dirənək ona milyon qat,
Ağlamaq, sızlamaq vallah əbəsdi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.

Məhəbbət zəfərin çalacaq bir gün,
Bu həyat arxada qalacaq bir gün.
Bizim də dünyamız olacaq bir gün,
Buna inanıram, sanma həvəsdi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.


Xəbəri paylaş

1 6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___