Azərbaycanlılar vahid qüvvəyə çevriliblər - Oyta
Tarix: 04-06-2016 | Saat: 23:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dünya Azərbaycanlılarının IV Qurultayı bütün dünyada yaşayan azərbaycanlıların müstəqil dövlətimiz ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri AzərTac-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oyta deyib.
Dünya azərbaycanlılarını növbəti toplantı vasitəsilə təbrik edən M.Oyta bildirib ki, son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Həmin uğurların əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev tarixi, dərin məzmunlu nitqini xatırladan Assosiasiya prezidenti vurğulayıb ki, məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar ümumi amallar naminə birləşərək vahid qüvvəyə çevrilib. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsində, ölkəmizlə bağlı həqiqətlərin yayılmasında əlindən gələni edir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün qarşıda duran vəzifələrin müəyyən edilməsində əsl istiqamətverici və proqram xarakterli oldu. Bu nitq bir daha göstərdi ki, gənc Azərbaycan artıq qüdrətli dövlətə çevrilib və regionda heç bir böyük layihə onun iştirakı olmadan həyata keçirilə bilməz.
Azərbaycan Ordusunun aprelin əvvəllərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyatları xatırladan avstraliyalı həmyerlimiz bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, əsgərlərimizin bu qələbəsi bütün dünyada yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Bütün dünya Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək qətiyyətinin və əzminin şahidi oldu. Diaspor üzvləri isə əmin oldular ki, əgər Ermənistan işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmasa, qəhrəman Azərbaycan Ordusu bu torpaqları qısa müddətdə geri qaytara bilər. Biz Ordumuzla fəxr edirik. Yaşasin Odlar Yurdu Azərbaycan!
Xəbəri paylaş
7158 dəfə oxunub.
Digər xəbərlər

21-06-2016, 11:22
Yanukoviçin müşaviri Tramp üçün işləyəcək
12-09-2017, 14:55
Məhşur aparıcın ailəsində XOŞ GÜN
26-08-2018, 14:46
İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərildi
12-07-2015, 12:43
Bütün yol bağlandı, səbəbi isə... - Dünyanı dolaşan - FOTOLAR
13-09-2017, 10:53
Üzüyü barmağından çıxara bilmədi - FHN işçilərini köməyə çağırdı
10-09-2018, 16:19
Ziyalıların təşəbbüsü: parkı təmizlədilər - Foto
6-01-2016, 00:23
“Dərmanlarla bağlı müəmmaya aydınlıq gətirildi - Video
15-09-2016, 21:13
"Sən həyatımda ilk sevdiyim kişi... Vüsalə Əlizadə - FOTOLAR
27-01-2016, 17:40
Məktəbdə biabırçılıq: əxlaqsız müəllim şagirdlə tutuldu - VİDEO - FOTO
26-06-2015, 11:27
Hamiləlikdə uyğun seks pozaları -(+18 FOTOLARLA)