Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metsamor"la bağlı müraciət qəbul olundu
Tarix: 04-06-2016 | Saat: 18:39
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Metsamor"la bağlı müraciət qəbul olundu
Bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər.

Trend-in məlumatına görə, müraciətdə "Metsamor" AES-in region və dünya üçün böyük təhlükə törətdiyi qeyd olunub.

Müraciətdə deyilir ki, "Metsamor" AES-in tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılması, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Digər narahatlıq doğuran məqam Ermənistanın bəzi rəsmi şəxslərinin "çirkli bomba" adlandırılan nüvə silahına malik olduqlarına dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir.

Daha sonra müraciətdə bildirilir: "Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə Ermənistan ərazisində fəaliyyət göstərən "Metsamor" AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlər görməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq ictimaiyyət regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək".


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
26-01-2016, 13:17 Sabirabadda məscid yandı

bütün xəbərlər
____ Instagram ___