Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrandan narkotik gətirən tutuldu
Tarix: 04-06-2016 | Saat: 15:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İrandan narkotik gətirən tutuldu

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında 1 ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında 1 ədəd olmaqla, cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190,091 qram heroin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1 400 mq təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___