Öz evindən 40 minlik qızıl oğurladı
Tarix: 04-06-2016 | Saat: 12:35
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Masallı polisi evindən oğurluq olunduğu barədə yalan məlumat verən şəxsi ifşa edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatına görə, Masallı şəhər sakini, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyaları və 5 min manat pul oğurlanıb. Polisin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq faktının ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşdirilib.
Belə ki, İ. Şükürovun yaxın dostu, 48 yaşlı Əli Baratxan oğlu Şahbazov şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gedişində ev sahibi ilə Ə.Şahbazovun əlbir olduğu, İ. Şükürovun öz mənzilinin açarını birbaşa Ə.Şahbazova verdiyi müəyyənləşdirilib.
Araşdırmalardan o da məlum olub ki, İ. Şükürov ailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman Ə. Şahbazov onun evinə girərək oğurluq edib.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7178 dəfə oxunub.
Digər xəbərlər

13-03-2022, 13:29
29 yaşlı azərbaycanlı stilist öldürüldü
29-04-2018, 14:51
Rasim Balayevin səhhətindən xəbər var
2-10-2016, 02:32
Qadınlar küçənin ortasında dava etdi - kişilər ayıra bilmədi - VİDEO
1-06-2017, 14:56
Fədayə: “Yalnız kişilərlə dostluq edirəm, qadınlarla alınmır”
26-10-2020, 13:14
Cəlilabadda sümüksüz at əti aşkarlandı
16-12-2019, 08:29
“Mançester Siti” səfərdə “Arsenal”ı məğlub edib
1-01-2017, 18:49
Dünyanın ən qocaman sakini 146 yaşını qeyd etdi - foto
16-08-2017, 11:28
Azərbaycanda vəzifəli şəxsin oğlunu qətlə yetirdilər - DETALLAR