Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto
Tarix: 03-06-2016 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər

Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto

Artıq 25 ilə yaxındır ki, Ermənistan dünyaca məşhurları Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət edərək konsert proqramları təşkil edir. Azərbaycan tərəfi bu məsələ ilə razılaşmayaraq, 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi “qara siyahı” hazırlamağa başlayıb. Nəticədə Dağlıq Qarabağda konsert verən çoxlu sayda məşhurlar “qara siyahı”ya salınaraq onların ölkəmizə səfərləri və konsert təşkil etmələri qadağan olundu. Buna baxmayaraq, bəzi incəsənət nümayəndələri Dağlıq Qarabağa səfərlərini davam edirlər. Lakin onların bəziləri sonradan Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək həmin siyahıdan adlarının silinməsini xahiş ediblər.

Ötən gün Azərbaycanın işğal olunmuş ərazilərində konsert proqramları ilə çıxış edərək qara siyahıya düşən məşhurlardan daha biri əməlindən peşman olaraq Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. Bu, Rusiya Federasiyasının vətəndaşı, müğənni, “Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Kostyuşkindir. S.Kostyuşkin qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən, səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan getdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Kostyuşkin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib. S.Kostyuşkin həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Nazirlikdən bildirilib ki, S.Kostyuşkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Azərbaycanın “qara siyahısı”na daxil olan çoxlu sayda məşhurlar var.

Axar.az “Yeni Müsavat”a istinadən onların bəzilərini təqdim edir:

Onlardan biri rusiyalı opera müğənnisi Lyudmila Kazarnovskayadır. Müğənni ötən ilin sentyabrın 2-də Xankəndində konsert proqramı ilə çıxış etmişdi. Onun bu əməlini Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da pisləmişdi. Bu barədə TASS-a açıqlama verən səfir qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər edən rusiyalı opera müğənnisi Lyudmila Kazarnovskayanın bütün beynəlxalq normalarını pozduğunu demişdi. Səfir onu da xatırladaraq qeyd etmişdi ki, tanınmamış ərazilərə səyahət – Dağlıq Qarabağ isə heç bir dövlət, o cümlədən də Ermənistan tərəfindən tanınmayıb – yalnız ölkənin müvafiq orqanlarının, indiki halda isə Dağlıq Qarabağı tanımamış Azərbaycan hakimiyyətinin icazəsi ilə baş verir. XİN də rusiyalı müğənninin arzuolunmaz şəxslər siyahısına, “qara siyahı”ya salınacağını açıqlamışdı.

Xankəndində konsert verib qara siyahıya daxil olan digər məşhurlardan biri də dünyaca məşhur pianoçu Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan Manuel Dominqes olub. Onlar 2015-ci il fevralın 6-da “Music for peace” (“Sülh naminə musiqi”) layihəsi çərçivəsində konsert proqramı ilə çıxış ediblər.
Daha bir məşhur isə tanınmış italiyalı müğənni Al Banodur. O, 2010-cu ildə Ağdərənin Vəng kəndində konsert verib. Qara siyahıya düşən müğənni sonradan açıqlama verərək siyasətçi olmadığını, sülh tərəfdarı olduğunu bildirmişdi:

“Mənə bu problem (Qarabağ) haqda danışdılar. Dünyanın bir çox ölkəsində bu cür problemlər var. Mən sülh tərəfdarıyam, dünyadakı bütün insanları sevirəm. Hesab edirəm ki, savadlı insanlar məni başa düşər”. Onun bu açıqlamasından sonra Azərbaycan tərəfi tezliklə onu qara siyahıya salacağı barədə Azərbaycanın İtaliyadakı səfirliyinə xəbərdarlıq etmişdi. Bu barədə məlumatlanan müğənni Qarabağ münaqişəsindən xəbərsiz olduğunu və əməlinə görə təəssüf hissi keçirildiyi vurğulamışdı. Müğənninin peşman olduğunu nəzərə alaraq XİN onun adını qara siyahıdan çıxartdı. Nəticədə müğənni 2013-cü ilin dekabrında Azərbaycana gələrək Heydər Əliyev adına sarayda keçirilən və “San Remo ulduzları Bakıda” adlı konsert proqramında iştirak etdi.

Digər italiyalı ulduz, tanınmış müğənni Roberto Loretti isə qara siyahıya düşməyin bir addımlığından geri dönə bilib. Belə ki, o, 2013-cü il iyununda 14 yaşlı erməni uşağın dəvəti ilə Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində konsert verməli idi. Konsert proqramından xəbər tutan Azərbaycanın İtaliyadakı səfirliyi onunla görüş keçirərək Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi haqda məlumat verib. Həmçinin qara siyahıya düşəcəyi ilə bağlı xəbərdarlıq olunub. Bundan sonra müğənni Dağlıq Qarabağa olan konsert səfərindən imtina edib. Beləliklə, müğənni xəstə olduğu üçün konsertə gələ bilməyəcəyini açıqlayıb. Onu da qeyd edək ki, müğənni 2011-ci ildə Heydər Əliyev Sarayında proqram konserti ilə çıxış edib.

"Qara siyahı"da məşhur müğənni, bəstəkar Plasido Dominqonun da adı var. Müğənni 2013-cü ilin noyabrın 17-də Dağlıq Qarabağda konsert proqramı ilə çıxış edib. Konsertdən öncə erməni jurnalistlərinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar Azərbaycanın “qara siyahı”sına düşəcəyindən qorxub-qorxmaması ilə bağlı suallarını cavablandıran P.Dominqo zarafat edərək hətta burada bir gecə də keçirməyə hazırdır, lakin bir şərtlə ki, onun kifayət qədər qəhvəsi, siqareti olsun və ertəsi gün onu güllələməsinlər. Müğənni bu gün də XİN-in "qara siyahı"sındadır.

"Qara siyahı"dan adını sildirməyə nail olan ulduzlardan biri də Rusiyanın populyar müğənnisi Katya Leldir. O, 2005-ci ilin iyulunda Dağlıq Qarabağa gedən məşhurlar arasında olub. Digər məşhurlar Soso Pavliaşvili, Fillip Kirkorovun atası Bedros Kirkorov olub. Onların işğal olunmuş ərazilərdə konsert verməsi Azərbaycanda ciddi tənqidlə qarşılanıb. Sənətçilər buna görə “qara siyahı”ya salınıb. Lakin Katya Lel bununla bağlı açıqlama verərək bildirib ki, onlara Yerevanda konsert verəcəkləri deyilsə də sonradan qəfildən helikopterə mindirərək Dağlıq Qarabağa aparıblar:

“Çox heyfislənirəm ki, biz durduğumuz yerdə tələyə düşdük”. Bedros Kirkorovdan başqa digər müğənnilər isə siyasətlə maraqlanmadıqlarını və konfliktdən xəbərsiz olduqlarını dilə gətirmişdilər. Buna görə də onlar, o cümlədən müğənni Katya Lel Azərbaycan hakimiyyətindən üzr istəyib adlarının “qara siyahı”dan çıxarılmasına nail olub.
Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto
Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto
Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___