Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto
Tarix: 03-06-2016 | Saat: 13:47
Bölmə:K, Dünya, M2 | çapa göndər

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto

Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır.

Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman hərbi qərargahında hazırlanırdı. Hətta ermənilərin təhcir qərarı belə alman baş qərargahından Osmanlı Hərbi Nazirliyinə tövsiyyə edilmişdi. Bu, ümumilikdə rus-türk cəbhəsindəki yerli separatizmə son qoymaq üçün hərbi dövrün şərtlərinə uyğun həyata keçirilməsi ilə bağlı Almaniya Baş Qərargahının Osmanlı Hərbi Nazirliyinə göndərdiyi bir direktiv idi. Bunu sübut edən Berlindəki “Politisches Archiv des Auswärtigen Amtes” ilə “Bundes Archiv” və Freiburqdakı “Bundesarchiv-Militärarchiv”də “Ermeni məsələsi” ilə bağlı çox sayda sənədlər var.

Yaxud da bunu Birinci Dünya müharibəsi zamanı Osmanlı Baş Qərargahında fəaliyyət göstərən və orduda mühüm vəzifələr daşıyan alman subaylarının nəşr edilmiş xatirələrində də görürük. Onlar aşağıdakılardır:

1.Felix Guse, Die Kaukasusfront im Weltkriege bis zum Frieden von Brest, Leipzig, 1940. Türkçesi: Büyük Harpte “Kafkas” Cephesi’ndeki Muharebeler: Harbin Zuhurundan Brest-Litovska Kadar, Çev: Kaymakam Hakkı, 79 Numaralı Askeri Mecmua’nın Tarih Kısmı,: 20, İstanbul,1931.

2. Friedrich Freiherr Kreß von Kressenstein, Mit den Türken zum Suezkanal, Berlin, 1938. Türkçesi: Türklerle Beraber Süveyş Kanalı’na, Çev: M.B Özalpsan, Askeri Matbaa, İstanbul, 1943.

3. Joseph Pomiankowski (İstanbul’daki Avusturya Askeri Ataşesi), Der Zusammenbruch des Ottomanischen Reiches – Erinnerungen an die Türkei aus der Zeit des Weltkrieges, Zürich. Leipzig. Wien, 1928. Türkçesi: Osmanlı İmparatorluğunun Çöküşü 1914–1918 I. Dünya Savaşı, Çev: Kemal Turan, İstanbul, 1990.

4. Hans Meier-Welcker, Seeckt, Frankfurt/M, 1964.

5. Carl Mühlmann, Das Deutsch-Türkische Waffenbündnis im Weltkriege, Leipzig, 1940.

6. Gerold von Gleich, Vom Balkan nach Bagdad (Militärisch-politische Erinnerungen an den Orient), Berlin, 1921.

7. Freiherr Colmar von der Goltz, Denkwürdigkeiten, Berlin, 1929.
Generalfeldmarschall von Hindenburg, Aus Meinem Leben, Leipzig, 1920. Türkçesi: Hayatım, Çev: Tahsin İsmail, İstanbul, 1941.

8. Liman von Sanders, Fünf Jahre in der Türkei, Berlin, 1919. Türkçesi: Türkiyede Beş Yıl, Çev: M.Z.Yazman, İstanbul, 1968.

9. Erich von Ludendorff, Meine Kriegserinnerungen 1914–1918, Berlin, 1919. Türkçesi: Harp Hatıralarım, I-III, İstanbul, 1336.

10. Friedrich von Rabenau, Seeckt: Aus seinem Leben 1918–1936, Bd. II, Leipzig, 1941.

11. Paul Leverkuehn, Posten auf ewiger Wache –aus dem abenteuerreichen Leben des Max (Erwin) von Scheubner-Richter; Essen, 1938.

12. Almanyanın Ərzurum Konsolu, Max von Scheubner Richterin türk dilində kitabı: Sonsuz Nöbette Görev - Max Erwin von Scheubner-Richter’in Anıları, Çev: Zekiye Hasançebi, İstanbul, 1998.

13. Wladimir Giesl, Zwei Jahrzehnte im Nahen Orient, Aufzeichnungen des Generals der Kavallerie, Baron Wladimir Giesl; Berlin, 1927.

Yaxud da məhşur türk tarixçisi İlber Ortaylı öz kitabında yazır:

“Birinci Dünya Savaşındakı ilk yenilginin ardından istilacı ordulara gösterilen silahlı Ermeni desteği Alman Genelkurmayının da israrlı önerileriyle tehcir (zorunlu göç) kararının alınmasına sebep oldu”(İlber Ortaylı, “Ermeni Sorunu: Soykırım İddialarının Arkasındaki Gerçekler”, Popüler Tarih, Sayı: 8, Ocak 2001, s. 44.)

Əslində, bu gün bu qoca qitənin bəzi siyasiləri bu mənasız, mazoxist-xəstə təfəkkürdən əl çəkməyərək milli-eqoist mənfəətpərəstlik edirlər. Bunun əvəzinə soyqırımla bağlı mifi tarixin “göyərtəsindən” birdəfəlik, qəti şəkildə kənara tullamaq lazımdır, onsuz da uydurmalara deyil, tarixi reallıqlara istinad etsək, aydın olar ki, belə bir soyqırım heç vaxt olmayıb. Belə ki, Birinci Dünya müharibəsinin elə ilk günlərindən rəqiblər Osmanlı imperiyasını özləri tərəfdən müharibəyə cəlb etmək üçün mübarizəyə başladılar. Bu ölkəyə təsir etmək üstündə Antanta ilə Avstriya-Almaniya bloku arasında çoxdan gərgin mübarizə gedirdi. Gənctürklər hökuməti Avropa ilə münaqişəyə getmək istəmirdi, ona görə də Antanta ilə müharibədən çəkinirdi. Onlar həm ingilislər, həm də bütünlükdə Antanta ilə ümumi dil tapmağa çalışırdlar, lakin avropalılar Türkiyəni “xəstə dövlət” adlandıraraq, onun ərazisini ələ keçirmək niyyətindəydilər. Türklər isə Almaniya ilə danışıqlara başlamaq məcburiyyətində qalaraq, digər dövlətlərlə - Fransa, İngiltərə və Rusiya ilə müharibədə onu dəstəklədilər.

Baxmayaraq ki, Gənctürklərə tam aydın idi ki, alman diplomatiyasının guya Osmanlı imperiyasının torpaq bütövlüyünü saxlamağa çalışacağı ilə bağlı vədləri gözə kül üfürməkdən başqa bir şey deyildi.

Buna baxmayaraq, Gənctürklər Almaniya ilə ittifaqda olmaq qərarı verdi. 22 iyul 1914-cü ildə nəhayət ki, hərbi nazir Ənvər paşa bir çox hökumət üzvlərini xəbərdar etmədən alman səfirinə Osmanlı imperiyasının Almaniya ilə bir ittifaqda çıxış edəcəyini bildirdi. 1914-cü il avqustun 2-də alman-türk ittifaqı barədə müqavilə imzalandı.

Osmanlı baş qərargah rəisi keçərli olaraq Prussiya Albayı Bronsart von Schellendorf olur.

Osmanlının müharibəyə qoşulduğu andan bütün qərarlar Almaniya ordusunun Baş Qərargahından verilməyə başladı. Nədənsə, bu gün Avropa Parlamentində bunlardan danışılmır... “erməni genosidi” mifini hazırlayanlar yaddan çıxarmamalıydılar ki, hələ 1948-ci ildə BMT genosidin hansı şərtlər əsasında tanına biləcəyi barədə sənəd qəbul edib. Orada aydın və birmənalı şəkildə qeyd olunur ki, bu və ya digər qrup insanların “məqsədyönlü şəkildə qətlə yetirilməsindən” söhbət getmirsə, o, “genosid” kimi qəbul edilə bilməz. Osmanlı hakimiyyətinin belə bir niyyətinin olduğunu isə nə o vaxt, nə də indi sübut etmək mümkündür.

Almanlar Osmanlını müharibəyə soxmaqla Rusiya və İngiltərə qüvvələrinin bir hissəsini alman cəbhəsindən çəkərək, Türkiyəyə yönəltmək məcburiyyətində qoydu. Osmanlı imperiyasının müharibədə iştirakının daha bir nəticəsi boğazların ticarət gəmilərinin üzünə qapadılması oldu. Bu isə öz növbəsində Rusiya ilə müttəfiqlərinin Qara və Aralıq dənizləri vasitəsilə əlaqəsini kəsdi.

Bu zaman erməni silahlı dəstələri türk kişilərinin kütləvi şəkildə müharibəyə səfərbərbərliyindən istifadə edərək, müdafiəsiz qalmış ərazilərdə öz dövlətlərini qurmaq həvəsinə düşdülər... Bu məsələdə Rusiya xüsusi xidmət orqanlarının da əli olduğu şübhə doğurmur, onlar erməniləri silahla təchiz edir və erməniləri mərkəzi hakimiyyətə qarşı üsyanlara təşviq edirdilər.

1914-cü ildə erməni millətçi partiyası Daşnaksütyun tərəfindən təhrik edilən Zeytun vilayətində yaşayan ermənilər orduya çağırışdan imtina etdilər. Müharibə başlayandan sonra Şərqi Anadoluda erməni millətçi hərbi dəstələri fəaliyyətə başladı, onlar müharibənin qızğın çağında erməniləri üsyana qaldırmaqla, Şərqi Anadolunun ruslar tərəfindən asan ələ keçirilməsini təmin etmək istəyirdilər. Şərqi Anadolunun türk kəndləri müdafiəsiz qalmışdı, özündə 100 min nəfərə qədər silahlı erməni quldurunu birləşdirən dəstələr dinc əhaliyə qarşı daim hücumlar təşkil edirdilər. Onlar kommunikasiya xətlərini dağıdır, terror aktları həyata keçirir, körpüləri partladır və türklərin arxa cəbhəsində faktiki olaraq rus ordusunun hərbi hissələri kimi fəaliyyət göstərirdilər. İş o yerə çatmışdı ki, Türkiyə höküməti arxa cəbhədə erməni təhlükəsini önləmək üçün ön cəbhədən bütöv bir diviziyanı geri çəkməyə məcbur olmuşdu.

1915-ci ilin martında Türkiyənin Van vilayətində yaşayan ermənilər üsyana qalxdı.

Erməni terrorçu dəstələri Vanı ələ keçirərək, 3000 türkü qətlə yetirdilər. Bitlis əyalətinin əhalisi də Vanın taleyini yaşadı.

J.Malevilin “1915-ci il erməni faciəsi” kitabında göstərilir ki, Şərqi Anadoluda erməni terrorçuları və quldur dəstələri tərəfindən planlı şəkildə qətlə yetirilən müsəlman əhalisinin sayı az qala 1 600 000 nəfərə çatır. Müəllifin sözlərinə görə, hətta bu qanlı qətliamdan dəhşətə gələn bir çox rus zabitləri dözməyərək, erməni başkəsənlərinə qarşı güc tətbiq etməyə başlamışdılar. Təbii ki, dinc əhaliyə qarşı törədilən bu vəhşiliklər və qətliamlar, erməni təbliğatının ikiüzlülüyü mərkəzi hakimiyyətin səbr kasasını daşırdı və Ali Baş Komandanın 24 aprel 1915-ci il tarixli əmri ilə Daxili İşlər Nazirliyi İstanbulda və digər iri şəhərlərdə fəaliyyət göstərən erməni komitələri terror təşkilatlarının dərhal qapadılması haqqında sərəncam verdi.

Amerikalı tarixçi Stenford C.Şouya görə, erməni quldur dəstələri 14-16 may tarixində “yerli müsəman əhalisini kütləvi şəkildə məhv etmişdilər”. Bu barədə fikrini bildirən J.Malevil qeyd edirdi: “Otuz il ərzində ermənilər tərəfindən sistemli şəkildə həyata keçirilən terror aktları, 1915-ci ildə onların başqa ərazilərə köçürülən həmvətənlərinin talelərində çox ciddi “əks-səmərə” doğurdu. Müxtəlif tərəflərdən qızışdırılan bu absurd qiyamlar yalnız heç kimə lazım olmayan ölümlərə yol açdı. Həm də bunun müəyyən psixoloji nəticələri də oldu, belə ki, erməni “gərginlik təşviqatçıları” erməniləri osmanlıların gözündə “sədaqətli millətdən” “şübhəli millətə” çevirməyə nail oldular. Bir neçə on il sürən qətllər və dəhşətli qiyamlar bunun üçün kifayət etdi”.

1915-ci il mayın 17-də erməni terror və quldur dəstələri tərəfindən qədim Van şəhəri yandırıldı. Dinc əhali tərəfindən çoxlu qurban verildi. C.Makkartni və K.Makkartninin tədqiqatlarına görə, XX əsrin əvvəlində baş verən qanlı hadisələr nəticəsində 1,5 milyon müsəlman qətlə yetirilib.

22 iyun 1915-ci ildə hökumət qoşunları Vana daxil olanda dəhşətli mənzərə ilə üzləşdilər: meyitlərdən dağ qalaqlanmışdı. Qaçmağa imkan tapmayan bütün müsəlman əhalisi - türklər, azərbaycanlılar və kürdlər - hamı erməni terror dəstələri tərəfindən qətlə yetirilmişdi. Ermənilər müsəlman əhalini böyük arxın kənarına toplamış, sonra onları vəhşicəsinə öldürmüşdülər. Üstündən səkkiz gün keçəndən sonra, 1 iyul 1915-ci ildə general Nikolayev özünün göndərdiyi məlumatlarda Tero və Xeço adlı ermənilərin quldur dəstəsinin vəhşiliklərindən söz açırdı və bunlardan dəhşətə gəlmiş rus zabiti onlara toplardan atəş açmağı əmr etmişdi.

Körpələri analarından alıb, yanar oda atırdılar. Dəhşətli işgəncələr verərək öldürürdülər. Bu qətllərin təşkilatçılarından biri, gizli fəaliyyətə keçən erməni terror tşkilatı Qnçakın ideoloqlarından olan, türk parlamentinin deputatı Stepan Ter-Danielyan idi. Ərzrumdan keçmiş deputat, özünə yeni Armen Karo adını götürmüş Karekin Pastirmasyan isə rus qoşunları ilə birlikdə Osmanlı sərhədini keçən ilk erməni dəstələrinə başçılıq edirdi. Digər keçmiş Osmanlı parlementarı Murad ləqəbli Namparsum Boyasyan isə arxa cəbhədə türk kəndlilərini qətlə yetirən quldurlara başçılıq edirdi. Bu əmr ona məxsus idi: “Bütün türk uşaqlarını öldürün, çünki onlar erməni milləti üçün təhlükədilər”.

Osmanlı parlamentinin daha bir keçmiş üzvü Papazyan erməni quldur dəstələrini Van, Bitlis və Muş rayonlarında terrora yönəldirdi.

Amerikalı tarixçi Stenford C.Şounun “Osmanlı imperiyasının tarixi” kitabında yazılır: “Bütün müharibə dövründə ermənilər müsəlman əhalisini kütləvi şəkildə amansızcasına qətlə yetirmişlər. Milyon nəfərdən artıq türk kəndlisi öz doğma ocağından qaçmağa məcbur olmuşdu. Minlərlə qaçqın tikə-tikə doğranmışdı”.

1914-cü ildə beş vilayətdə - Trabzon, Ərzurum, Ərzincan, Van və Bitlisdə 3 300 000 müsəlman əhali yaşayırdısa, müharibədən sonra təkcə oradan qaçqın düşənlərin sayı 600 000 nəfər idi. Erməni quldur dəstələri kürd kəndlərinə də hücum edir, bütün dinc əhalini vəhşiliklə qətlə yetirir, nə qadınlara, nə qocalara, nə də uşaqlara aman verirdilər.

Türk və kürd kəndlilərinn qətliamının bilavasitə təşkilatçısı və əsas ideoloqu erməni terror təşkilatı Daşnaksütyunun üzvü, Atom ləqəbli Arutyun Şahrikyan idi.

Osmanlı dövləti erməniləri hərbi əməliyyat meydanlarından uzaqlaşdırmaq üçün o vaxt imperiyanın tərkibində olan Suriyaya köçürməklə bağlı çətin qərar qəbul etmək məcburiyyətində qaldı. Deportasiya türk ordusunun müşayiəti ilə həyata keçirilirdi, bu da onların keçdikləri ərazilərdə türklər və kürdlər tərəfindən qisas məqsədilə öldürülməsini önləmək məqsədi daşıyırdı. Ona görə ki, qarşılıqlı toqquşmalar baş verirdi, əzizlərini öldürmüş erməni canilərini ələ keçirən sakinlər onları qətlə yetirirdilər. Əslində insani bir tragediya yaşanırdı. Köçürmə zamanı xəstəlik və aclıqdan çoxlu erməni həlak oldu. Lakin müasir ermənilərin bununla bağlı gətirdiyi rəqəmlər təbii ki, həqiqətdən çox uzaqdır. Tarixi təhrif edənlər 800 mindən 2 milyona qədər insanın öldüyünü deyirlər. Müasir erməni tədqiqatçıları öz siyahılarına bu və ya digər səbəblərdən ölən digər millət və xalqları, eləcə də həmin vilayətlərdə yaşamış və bilavasitə hərbi əməliyyatlar zamanı ölənləri də əlavə ediblər.

Türk tədqiqatçıları isə ən çoxu 130 min erməninin öldüyünü təsdiq edirlər. Bu saya “quldur dəstələri” tərkibində türk ordusuna qarşı vuruşmuş ermənilərlə yanaşı, rusların tərəfində vuruşan və bilavasitə rusların tərəfinə keçən ermənilər də daxildir.

Əslində müharıbə şəraitində Şərqi Türkiyədə bütöv kəndlər məhv edilir, erməni quldur dəstələri uşaqları, qocaları və qadınları vəhşicəsinə öldürürdülər. Belə şəraitdə Osmanlı hökuməti öz vətəndaşlarını qorumaq və cinayətkarlara qarşı güc tətbiq etməyə məcbur idi. Yeri gəlmişkən, bu hadisələr barədə mütərəqqi erməni yazıçılarının özləri dəfələrlə yazıblar. İndiyədək nə Osmanlı, nə də digər arxivlərdən “erməni soyqırımı” faktını təsdiq edəcək bir sənəd tapılmayıb. Əksinə, günahsız türklərin erməni terrorçularının vəhşiliyinə məruz qalmasını subut edən kifayət qədər sənəd var.

Bu sənədlərdən birini təqdim edirik: (Sənədin fotosurəti yazının sonunda)

Bâb-ı Âlî
Dâhiliye Nezâreti
Emniyyet-i Umûmiyye Müdîriyeti
Erzurum Vilâyeti'nden alınan 10 Mayıs sene [1]332 târîhli telgrafnâmenin sûretidir.

C. [cevab] 8 Mayıs sene [1]332. Rusların işgâl eyledikleri yerlerde İslâm ahâlî hakkında yapdıkları mezâlim büyük bir târîh teşkîl eder. Geçen sene Rusların Hasankala hattından hudûd-ı asliyyeye tard ve teb‘îdi üzerine Pasinler ahâlîsinden iki binden ziyâde ahâlî-i İslâmiyyeyi berâber getirerek bir kısmını itlâf, diğer kısmını dâhile sevketmişlerdir. O zaman Salimli karyesine giren bir Ermeni çetesi, köyde ne kadar bâkir varsa ırzlarına tasallut etdikleri gibi kendilerine teslîm olmayan Reşid Bey'in gelini[ni] katl ve kâ’imvâlidesini cerheylemişlerdir. Garb ordusu[nun], Yüzveren köylerinde elli üç İslâm cenâzesi götürdüğünü Köprü köyünden 19 Kânûn-ı Evvel sene [1]331 târîhinde arzetmiş idim. Bu sene Erzurumun sukûtundan sonra, Rusların işgâl etdikleri yerlerde yapdıkları kıtâl ve i‘tisâf geçen seneden pek fazladır. Erzurum şehrinde dokuz kişiyi i‘dâm ve on dört yaşına kadar bütün nüfûs-ı zükûru muhtelif ve mechûl istikâmetlere sevketmişlerdir. Erzurum'dan, Aşkala'dan ve ahîren Tercan'dan firâr edip gelebilen Reşid Bey ve rüfekâsının verdikleri îzâhâta göre Kazak ve Ermeni çetelerinden mürekkeb müfrezelerin Aşkala, Ilıca, Tercan kazâlarında mal nâmına ne gördülerse kâmilen gasb ve gerilere sevkeylemekde bulundukları ve Hovik karyesiyle Pekeriç nâhiyesinde, başda imâm olduğu hâlde yüzü mütecâviz İslâmı çoluk çocukları önünde katl ve pek çok muhadderât-ı İslâmiyyeye tasallut etdikleri ve Rusların pîşdâr kuvvetlerinin Ermeni bakâyâ süvârîlerinden ibâret bulunduğu anlaşılmışdır. Ruslar Erzurum'da bütün câmi‘lerdeki halıları toplamış ve geriye sevketmişdir. Geçen sene taht-ı işgâlimizde iken terkolunan Tavuskerd ve Artvin cihetlerinden kaçanların ifâdesine göre, Ruslar orada İslâm nâmına birşey bırakmamışlardır. Pekeriç nâhiyesinde Ermenilerin teşkîl ve mahkeme tesmiye etdikleri hey’et-i zâlimenin verdiği karârla Tercan ve civâr kurâsında kalan ileri gelenlerden üç-dört yüz kişi i‘dâm edilmişdir. Bunların esâmîsini yakında arzederim. Erzurum vilâyetinde elli binden fazla mevâşî ve üç yüz bin koyun Ruslar tarafından alınmış ve ahâlî-i İslâmiyye yedinde çift hayvânâtı bile bırakmamışlardır. Ermenilerin en büyük mezâlimi Van'da cereyân etmişdir. Vanın sukûtu ihtimâliyle on dört kayığa irkâben Tatvan iskelesine sevkedilen bin iki yüz kadın ve çocukdan, ancak yedi yüzü Bitlis'e vâsıl olmuş, muhâlefet-i havâdan dolayı Erciş önüne düşen yedi kayıkdan üçü Ermeniler tarafından batırılmışdır. Diğer kayıklara karşı dört sâ‘at devam eden yaylım ateşi üzerine, elliyi mütecâviz kadın ve çocuk şehîd olmuş ve bu miyânda Erzurumlu Ârif Efendi ile iki polis, bütün efrâd-ı â’ileleriyle şehîd düşmüşlerdir. Van'dan Norduz tarîkıyla Bitlis'in Pervari kazâsına kaçmak isteyen sekiz-on bin Müslüman, Mamhuran [Mahfuran] deresinde kâmilen katli‘âm edilmişlerdir. Bunlar içerisinde kurtulabilen Van Ma‘ârif Müdîri Şerif Bey bu ahvâle şâhiddir. Adana Vâlîsi Cevdet Bey o zaman Halil Bey müfrezesiyle binlerce kadın, çocuk cesedi görmüşlerdir. Ordunun lutf-ı hakla ahd-i karîbde ilerilemesi üzerine Rus ve Ermenilerin yapdıkları fecî‘alar tamamen görülecek ve tafsîlâtı arzedilecekdir.
Bâb-ı Âlî
Dâhiliye Nezâreti
Emniyyet-i Umûmiyye Müdîriyeti

Bir sözlə, soyqırım – uydurmadan başqa bir şey deyil.

Erməni yazıçısı Qrant Matevosyan isə mənsub olduğu millətin xarakterinin dəqiq təsvirini verib: “Bizlər heç nədən əsatir yaratmağı çox gözəl bacarırıq”.

Amma zaman Antantanın xeyrinə işləyirdi. Almaniya Qərb cəbhəsində məğlubiyyətə uğradı. Qarşısıalınmaz fəlakət yaxınlaşmaqda idi. Bolqarıstanın məğlubiyyəti Antanta qüvvələrinə Avstriya-Macarıstana yaxınlaşmağa imkan verdi, bu isə Münhenə olan yolu açdı və Türkiyə ilə Almaniya arasında əlaqənin pozulmasına gətirib çıxardı. Bu da öz növbəsində Almaniyanın məğlubiyyətinin əsasını qoydu.

1918-ci il sentyabrın 19-da ingilis ordusu Türkiyə üzərinə qəti hücuma keçdi. Bir neçə gündən sonra Türkiyənin Fələstində varlığına son qoyuldu. Sentyabrın sonunda Antanta qüvvələri Qərb cəbhəsində “Ziqfrid” xəttini yarmağa müvəffəq oldular. Antantanın bu hücumu Türkiyənin tamamilə məğlub olmasına gətirib çıxardı. Oktyabrın 30-da Lemnos adasındakı Mudros limanında dayanan ingilis gəmisi Aqamenonda İngiltərə ilə Osmanlı imperiyası arasında sülh müqaviləsi imzalandı. Bu müqabilənin əsasında Türkiyə öz qoşunlarını Mesopatamiya, Ərəbistan, Suriya, Zaqafqaziya və Kilikiyadan çıxarmalı idi. Müqaviləyə görə, qalib gələn tərəf İstanbuldan Qara dənizə keçid rolunu oynayan boğazları işğal etmək hüququ qazanırdı.

Türkiyə ağır şərtləri qəbul etmək məcburiyyətində qaldı: boğazları Antantanın hərbi donanmasının üzünə açmaq və müttəfiqlərə Bosfor və Dardanel boğazlarını işğal etməyə imkan vermək; ərəb ölkələrində qalan türk qarnizonlarını təslim etmək; türk qoşunlarını İran, Zaqafqaziya və Kilikiyadan evakuasiya etmək; müttəfiqlərə Batumini və Bakını işğal etmək imkanı vermək; “şərait müttəfiqlərin təhlükəsizliyinə təhlükə yaradarsa”, Türkiyənin istənilən məntəqəsini ələ keçirmək hüququ; türk ordusunun döyüş ruhunun dərhal qırılması; Türk hərbi gəmilərinin Antantaya verilməsi; müttəfiqlərin radio, teleqraf və dəmir yollarına nəzarətinin təmin edilməsi; müttəfiqlərə bütün limanlardan maneəsiz istifadə etmək hüququnun verilməsi; müttəfiq qoşunlarından əsir düşənlərin geri qaytarılması, əsir türklərin isə müttəfiqlərin sərəncamında saxlanılması; Türkiyənin Almaniya və Avstriya-Macarıstanla əlaqələrini tamamilə kəsməsi məsələləri tələb olunurdu.

Türkiyənin müharibədə məğlubiyyəti Azərbaycanın ictimai-siyasi elitasını Azərbaycanda marağı olan ölkələrlə yeni müstəvidə danışıqlara başlamağa məcbur etdi. Bakı ingilislərin təsir dairəsinə keçdi.

İmperialist dairələr Osmanlı imperiyasının itkiləri ilə kifayətlənməyib, Parisdə konfrans (1919-1920-ci illər) çağırdılar, onlar Türkiyəni parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı isə İtaliyaya vermək istəyirdilər.

Həmin vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ Prezidenti Vilsonla görüşərək, ondan Azərbaycanın müstəqilliyinin tanınmasını xahiş etdi. Onun xahişinə Vilson belə cavab verir: “Düşünürsünüz ki, biz müharibəni cırtdan dövlətlər yaransın deyə aparmışıq?”

Lakin bolşevik işğalı təhlükəsindən əndiləşənən ABŞ, həm də İngiltərə Azərbaycan Demokratik Respublikasını müstəqilliyini tanıdılar.

Mudros barışığı Osmanlı imperiyasının varlığına son qoymuşdu. Osmanlı imperiyası məğlub və gücdən düşmüş vəziyyətdə idi. Müttəfiqlər Mudros aktından Osmanlı imperiyasının darmadağın edilərək bölüşdürülməsini başa çatdırmaq üçün Osmanlı imperiyasının Birinci Dünya Müharibəsinə cəlb edilməsinin əsas təqsirkarları olan Birlik və İnkişaf Partiyasının (Gənctürklər prosesi kimi tanınır - müəllif) rəhbər xadimləri üzərində məhkəmə prosesləri keçirilməsini tələb edirdilər. Onlar bu ölkəyə daxildən zərbə endirmək, türklərin qürurunu qırmaq və bu xalqı dünya ictimaiyyəti qarşısında gözdən salmaq istəyirdilər.

Bu gün görünən o ki, tarix təkrar olunur!

Birinci Dünya Müharibə nəticəsində Türkiyəyə məxsus böyük bir ərazi İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürüldü. İradəsiz sultan Osmanlının qaliblərinin qarşısında təslim oldu və Türkiyənin müstəqil dövlət kimi varlığına son qoyuldu. Antanta qoşunları ilk növbədə Bosfor və Dardanel boğazları zonasını ələ keçirdi.

Məhz Atatürk xalqını yunan işğalı və Antantanın imperialist aqressiyasına qarşı səfərbər edərək, I Dünya müharibəsi nəticəsində məhv edilmiş Osmanlı imperiyasının qalıqlarından bir dövlət qurmağı bacardı. Həmvətənlərinə milli qürur hissini, özünəinamı qaytardı və yeni dövlətin əsaslarını qoydu.

Bu gün isə Türkiyənin dünyada xüsusi yeri var və o, bir çox ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə onların iqtisadiyyatının inkişafında yardım göstərir.

Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur.

Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki, dünyada maraqlarla bağlı ziddiyyətlər həmişə bu cür qalacaqdır. Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək daha düz olardı.

Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənmişdir.

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto
Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto
Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto
Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto



1588 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
16-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___