Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniya şirkətlərinin Azərbaycana marağı artır
Tarix: 02-06-2016 | Saat: 20:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Almaniya şirkətlərinin Azərbaycana marağı artır

İqtisadi konyukturanın zəifləməsinə baxmayaraq, Almaniya şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Report xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndəsi Mayl Hofman bildirib.

Onun sözlərinə görə, Azərbaycan tədricən ixracatçı ölkədən istehsalçı ölkəyə çevrilir: "Bu da qeyri-neft sektorunun nümayəndələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların və potensialın olduğunu ehtiva edir".

Qeyd edək ki, bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda texnologiya forumu keçirilib. Forum Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH." İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıqlar, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutub.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___