Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan Türkiyəyə dəstək
Tarix: 02-06-2016 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycandan Türkiyəyə dəstək

Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hər bir zaman qondarma "erməni soyqırımı"nın tanıdılmasına qarşı birgə mübarizə aparıb:

"Biz dövlət olaraq da, diaspor təşkilatı olaraq da həmişə bu işin önündə olmuşuq. Dəfələrlə müxtəlif ölkələrdə bu məsələ qaldırılarkən Azərbaycan diaspor təşkilatları onun qarşısını alıblar. Almaniyada bu prosesin niyə getdiyini hələ analiz etmək lazımdır".

N.İbrahimov qeyd edib ki, Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq: "Bir daha türk qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Bir millət, iki dövlət olaraq biz Türkiyənin problemlərini də bizim problemlər kimi qəbul edərək buna qarşı çıxacağıq


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___