Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı ilə əməkdaşlıq təhlükəsizliyə xidmət edir - Sekuta
Tarix: 01-06-2016 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər

Bakı ilə əməkdaşlıq təhlükəsizliyə xidmət edir - Sekuta

Böyük Britaniya və ABŞ-ın Azərbaycandakı səfirlikləri Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisi çərçivəsində birgə qəbul təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kofts Britaniya-Azərbaycan əlaqələrinin çox güclü olduğunu bildirib.

Onun sözlərinə görə, Britaniya uzun müddətdir Azərbaycanda ən böyük investordur.

Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson isə 23-cü Xəzər Neft və Qaz sərgisində baş nazir Devid Kameronun təbrik məktubunu oxuduğunu bildirib: "Britaniya Azərbaycanda ən böyük investordur. İnvestisiyaların əksər hissəsi neft və qaz sahəsinə aiddir. Lakin bizim daha çox iş görmək üçün potensialımız var. Azərbaycanda 400-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycan Avropa oyunlarına ev sahibliyi edib. Bu ay isə Formula 1 yarışlarına ev sahibliyi edəcək. Mən Azərbaycana uğurlar arzulayıram. Britaniya şirkətləri idman sahəsində bilik və bacarıqlarını sizinlə bölüşürlər. Gələcəkdə də bu təcrübəni bölüşməyə hazırıq".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib: "ABŞ, Birləşmiş Krallıq, Aİ və Azərbaycanın əməkdaşlığı dünya ölkələrinin enerji ilə təmin edilməsi və enerji təhlükəsizliyinin təminatı üçün çox vacibdir. Bu gün keçirilən tədbir və sərgi əhəmiyyətlidir".

Öz növbəsində ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi xanım Robin Dunniqan iki ölkə arasında əməkdaşlığın ortaq maraqlara və enerji təhlükəsizliyinə xidmət etdiyini deyib: "Azərbaycanın müstəqilliyinin 25 ili ərzində ABŞ bu ölkənin ortaq maraqlar istiqamətində yaxın tərəfdaşı olub. Enerji sahəsindəki əməkdaşlıq bu əməkdaşlığın mühüm hissəsidir".

O həmçinin hər il keçirilən neft-qaz sərgisinin əhəmiyyətini qeyd edib.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___