Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Doğuşdan sonra 4-5 gün yaşayan əkizlər (VİDEO)
Tarix: 30-04-2015 | Saat: 20:55
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər

Doğuşdan sonra 4-5 gün yaşayan əkizlər (VİDEO)

Xeberaz.az MeydanTV-ye istinadən xəbər verir ki, 13 apreldə Respublika Perinatal Mərkəzində Hüseynovlar ailəsinin əkiz qızları olub. Birinin adın Gül, o birinin adın Çiçək qoyublar. Biri 4 gün yaşayıb, o biri 5 gün. Valideyn uşaqlarının ölümünə səbəb kimi həkim səhlənkarlığını göstərir.

Araz Hüseynov yoldaşının hər ay həkim müayinəsindən keçdiyini bildirir. Hər müayinədən sonra həkimlər onun sağlamlığında problem olmadığını deyiblər. Kübra Hüseynova hamiləliyinin 31-ci həftəsində bel ağrısından xəstəxanaya yerləşdirilib və təbii doğuşla iki körpə dünyaya gətirib. Körpələr 1 kilo 600, 1 kilo 400 qram çəkisində doğulublar.

Respublika Perinatal Mərkəzinin reanimotoloqu Aygün İbadullayeva bildirir ki, o, körpələri ağır vəziyyətdə qəbul edib. Onların hər ikisi süni nəfəs aparatına qoşulublar. Mərkəzin verdiyi rəyə əsasən körpələr beyin qansızmasından vəfat ediblər.

Səhiyyə Nazirliyi zənglərimizə cavab vermədi.

Araz Hüseynov isə Perinatal Mərkəzə qarşı məhkəmə davası açacağını bildirir. O, uşaqlarının ölümündə təqsiri olanların cəzalandırılmasını istəyir.

Dövlət Statistika Komitəsi 2014-cü ildə 1655 nəfər körpənin öldüyünü açıqlayıb. Bu, 1 yaşa qədər ölən körpələrin sayıdır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin rəyinə görə Azərbaycanda ana və uşaqların diri, ölü doğulma hallarının mövcud göstəriciləri beynəlxalq meyarlara uyğun deyil.


Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___