Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
Tarix: 29-05-2016 | Saat: 17:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini toz-duman qatı örtüb. Ttoz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Lent.az-a açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: “Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: “Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub. Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq”.
M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: “Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər”.
Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir. Lent.az
Xəbəri paylaş
5148 dəfə oxunub.
Digər xəbərlər

5-10-2021, 18:59
ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
11-06-2017, 14:38
Onların Krıma gəlməsinə icazə vermirlər - Zaxarova
23-02-2017, 18:13
"Fatmagülün suçu ne" yenidən çəkilir - Hindistanda
12-09-2016, 22:07
Xörəyə duz əvəzinə “xlorofos” tökdü, bütün ailə zəhərləndi (VİDEO)
13-04-2018, 11:33
"Övladımın anasıdır,yazılara diqqət edin"-Azər
28-09-2016, 19:19
Sifarişli Səyyar “ASAN xidmət”dən yenilik - “ASAN imza”
30-06-2017, 13:36
Aparıcının canlı yayımda dəhşətli ölüm anı (VİDEO)
2-12-2016, 11:18
Mələkxanımla Ramal barışdı - “Balacayıq, günah bizdə olur”
28-04-2016, 21:46
Qadın uşaqlarını asıb sonra özünü öldürdü