Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AŞPA-da aktual məsələlər müzakirə olunacaq
Tarix: 28-05-2016 | Saat: 09:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

AŞPA-da aktual məsələlər müzakirə olunacaq

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

"Xəbəraz.az " Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq, media azadlığının, jurnalistlərin çəkiliş aparmaq hüquqlarının və redaktorların müstəqilliyinin qorunması zərurətinə toxunulacaq. İclasda “Hamı üçün idman: inteqrasiya və bərabərliyə doğru körpü”, “Gənclər korrupsiyaya qarşı” və digər mövzularda məruzələr dinləniləcək.

Rafael Hüseynov məruzələr ətrafında fikir mübadiləsində, xüsusilə mediaya dair müzakirələrdə yaxından iştirak edəcək.

Müzakirələrdən sonra komitədə təşkilati məsələlər gündəmdə olacaq, yeni məruzəçilər təyin ediləcək.


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___