Amerikalı jurnalist: ''Ermənilər məni təhdid edir''
Tarix: 27-05-2016, 20:29 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts REGİON TV-də yayımlanan "Günün ardınca" verilişinə açıqlamalar verib.
Verilişdə jurnalistin dilimizə yeni tərcümə olunan "Azərbaycan gündəliyi" kitabından söhbət açılıb.
Jurnalist bunları söyləyib: "Bu tam deyil, yarı akademik bir kitabdır. Amma akademiklər bu kitabdan bir mənbə kimi istifadə edirlər. Bu kitab Amerikada bestseller oldu".
Bildirək ki, “Azərbaycan gündəliyi” kitabında ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr öz əksini tapıb. Müəllif, Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olub, qanlı döyüşləri görüb. Onun bu mövzuda yazdığı məqalələr ABŞ-ın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı mövqeyini dünyaya çatdıran jurnalist ölkəmizlə bağlı xatirələrini bölüşüb: "Azərbaycanda ilk dəfə 1991-ci ildə Maştağada olmuşam. Azərbaycanı Maştağadan tanımağa başlamışam. Aşuranın axırıncı günlərindən biri idi".
Tanınmış jurnalist ermənilərin onu təhdid etdiyini də söyləyib: "Azərbaycan həqiqətlərini ABŞ-da təbliğ etmək çətindir mənim üçün. Çünki erməni lobbisi orada çox güclüdür. Eyni zamanda təhdidlərə də məruz qalıram. Mənə "yalançı Tomas" deyənlər də olur. Amma dözməliyəm".
Ulu öndər Heydər Əliyevlə görüşmək üçün 1993-cü ildə Naxçıvana səfər etdiyini xatırladan Tomas Qolts, kitabın ərsəyə gəlməsində Ulu Öndərin birbaşa göstərişinin olduğunu da vurğulayıb.
303 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

18-11-2016, 12:46
Kreml rus dilinə MDB ölkələrində hüquqi status istəyir
25-01-2016, 22:23
15 yaşlı qızın intihar səbəbi: Ana, bağışla məni...
29-08-2016, 12:00
Bakıda yanan gəminin adı HAMINI TƏƏCCÜBLƏNDİRDİ
24-07-2017, 15:54
Azərbaycanda 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi - FOTO
2-06-2017, 22:29
"Azərsu" işçisi faciəvi şəkildə öldü
9-05-2015, 13:56
Nigar bu dəfə türkiyəli müğənni berksanla duet oxuyub
16-11-2015, 15:50
Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO
14-04-2017, 13:46
Üç nəfərin yanaraq öldüyü qəza ilə bağlı ŞOK DETAL - FOTO
9-05-2016, 16:13
Diqqət: Sabah mərkəzi küçələr bağlanacaq
31-03-2017, 09:52
17 yaşlı qız yeddinci mərtəbədən yıxıldı - Bakıda FACİƏ
2-08-2015, 19:22
Ramil Usubov rəisi işdən çıxarıb digər vəzifəyə təyin etdi
11-12-2017, 11:17
"Acqarına yox, xaşla içmişəm" videosu saxta imiş — RƏSMİ