Azərbaycanın Rusiyadakı səfirliyindən Nalbəndyana cavab
Tarix: 27-05-2016 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Nalbəndyana xatırladılır ki, səfirlərin fəaliyyətinə təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir:
”Mayın 26-da bəzi Ermənistan KİV-lərində kiçik qeyd yayılıb. Qeyddə bildirilirdi ki, Nalbəndyan deputatların suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbəndyan Bülbüloğlunun fəaliyyətinin diplomatik çərçivədən kənar çıxdığını deməklə, səfiri reklam etməyə lüzum görmədiyini bəyan edib.
Edvard Aqvanoviçə xatırlatmaq lazımdır ki, səfirlərin fəaliyyətinə üçüncü şəxslər deyil, təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir. Buna görə də erməni nazir öz işçilərinə diqqət yetirsə, yaxşı olardı. Halbuki Azərbaycana təcavüz edən ölkənin xarici siyasət idarəsi rəhbərinin Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”.
Xəbəri paylaş
8638 dəfə oxunub.
Digər xəbərlər

31-05-2021, 17:47
Həmyerlimizi öldürən polis həbs olundu
24-04-2017, 14:04
Şimal küləyi güclənəcək - XƏBƏRDARLIQ
1-04-2016, 12:35
«AzTV işi» başlandı
28-04-2016, 09:36
Cəbhədə gərgin gecə - Atəşkəs 117 dəfə pozulub
8-12-2015, 22:54
BANKLARA KREDİT BORCLARI OLANLAR- MÜTLƏQ OXUYUN
3-11-2021, 12:56
Hava KƏSKİN DƏYİŞƏCƏK: Qar yağacaq
14-01-2016, 12:11
Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
14-09-2016, 23:15
Hillari Klintonun “ölüm” xəbəri yayıldı
7-02-2020, 14:30
Özünü aptekdə asan Sənan Həsənov kimdir?
15-08-2023, 19:44
Hindistanda 55 saat yağış yağdı: 50 nəfər öldü