Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalistin evinin qarət olunması ilə bağlı Ramil Usubova MÜRACİƏT
Tarix: 27-05-2016 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Jurnalistin evinin qarət olunması ilə bağlı Ramil Usubova MÜRACİƏT
Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.
APA-nın məlumatına görə, müraciətə müxtəlif kütləvi informasiya vasitələrində çalışan 50-dən çox jurnalist qoşulub.
Müraciətdə mayın 17-də "APA Holding"in əməkdaşı Mübariz Aslanovun xidməti ezamiyyətdə olduğu zaman həyat yoldaşının və azyaşlı övladının evdə olmamasından istifadə edilərək kirayədə yaşadığı evin qarət olunmasından narahatlıq ifadə olunub.

Xatırladılıb ki, buna qədər son illər bəzi jurnalistlərin yaşadıqları evlər də qarət olunub və həmin cinayətlərin heç birinin üstü açılmayıb: "15 may 2014-cü ildə “Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova, 2014-cü il avqustun 15-dən 16-na keçən gecə Modern.az saytının əməkdaşı Elmin Nurizadə, 2013-cü sentyabrın 21-dən 29-da qədər olan müddətdə APA TV-nin əməkdaşı Ülkər Qasımova, 2016-cı ilin yanvarın 19-da da “AzVision” saytının əməkdaşı Elvin Abdulqədirovun yaşadıqları evlər qarət olunaraq onlara da müxtəlif məbləğdə zərər dəyib".

Jurnalistlər evləri qarət olunan media nümayəndələrinə vurulan zərərin onlar üçün ciddi önəm daşıdığını nəzərə alaraq daxili işlər nazirindən məsələni şəxsi nəzarətinə götürməyini xahiş ediblər.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___