Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəmilə: “Pozalar verməyi çox sevirdim...”
Tarix: 24-05-2016 | Saat: 21:55
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Cəmilə: “Pozalar verməyi çox sevirdim...”

"Xəbəraz.az " aktrisa Cəmilə Tağızadə ilə müsahibəni təqdim edir.

- Nə vaxtdan İncəsənətə meyillənmisiz?

- Uşaqlıqdan sevdiyim aktrisaları heyranlıqla izləyirdim, hətta fotolar çəkdirməyi, müxtəlif pozalar verməyi çox sevirdim. Məktəbdə oxuyarkən qərara gəldim ki, İncəsənət Universitetində təhsil alım.

- İlk dəfə hansı filmdə rol almısınız?

- İlk dəfə İran istehsalı olan “Ana yurdum” filmində baş rolu canlandırmışam. Daha sonra “Həyat varsa”, “Səndən sonra”, “Göyçək Fatimə 1”, “Göyçək Fatimə 2”, “Taksi parkı”, “İkinci Bahar”, “Əli və Nino” ekran əsərlərində rol almışam. İndi isə “Dəfnə ağacı” serialında çəkilirəm.

- “Əli və Nino”dan danışardınız...

- Bu filmdə Ninonun rəfiqəsi obrazını canlandırmışam. Bu rol çox xoş bir xatirə oldu. Bu filmdə böyük aktyor və aktrisalardan dərslər öyrəndim. Çalışacağam ki, öyrəndiklərimi sənətimə tətbiq edim. Film çəkilən ərəfədə çoxları “kiçik roldur” ifadəsi işlətmişdi. Lakin kiçik rol olsa da, ən xoş təcrübə oldu mənim üçün. Belə dünyaca məşhur aktyorlarla çalışmaq, bu filmdə yer almaq mənə çox xoş hislər bəxş etdi.

- Cəmilə xanım, sizcə, aktrisa özünü necə reklam etməlidir?

- İncəsənət elə bir aləmdir ki, onsuz da tamaşaçılar bizi izləyir, onlar bizə dəyər verir. Reklama gəldikdə isə əsil reklam gördüyün işi ürəklə etmək və hər zaman öz üzərində çalışmaqdır. Təbii ki, hər iş olduğu kimi bu iş də zəhmət tələb edir. Əgər zəhmət çəkib, öz üzərində hər gün çalışırsansa, bu, aktrisa üçün ən böyük reklamdır.

- Gələk “Dəfnə ağacı”na... Hazırda xeyli tamaşaçısı olan bu serialdakı Dəfnə obrazı sizə yaxındır?

- Əslində, bir epizodu canlandırdıqda çalışmalısan ki, onu dərinliklərinə qədər izləyiciyə göstərəsən. Hətta elə bir hal olub ki, serialı izləyən tamaşaçılar məni “Dəfnə” deyə çağırır. Bu, xoş haldır. Deməli, mən rolumun öhdəsində çox yaxşı gəlirəm.

- Tamaşaçılara maraqlıdır: Tural, Dəfnə, Rəvan arasında nələr yaşanacaq?

- Qoy bu sirr qalsın. Tamaşaçılar serialın növbəti bölümlərini izləsinlər. Çox maraqlı hadisələr baş verəcək.

- Şəxsi həyatda nəsə yenilik gözlənilirmi?

- Şəxsi həyatımla bağlı xəbərlər yazılmasını xoşlamıram. Ona görə də bu, sirr qalsın. Təbii ki, xeyir iş olanda xəbəriniz olacaq.


Xəbəri paylaş

1 0778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___