Rusiya bazası məhv edildi: 4 helikopter, 20 yük maşını - Foto
Tarix: 24-05-2016 | Saat: 20:24
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Suriyanın Xüms və Tadmor şəhərləri arasında yerləşən Rusiyanın T-4 Et-Tiyas təyyarə bazası naməlum qüvvələrin hücumundan ciddi zərər çəkib.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda Amerikanın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin məruzəsində deyilir.
“Stratfor”un ekspertləri bildirirlər ki, ilkin məlumatlara görə, 4 helikopter, 20 yük maşını və MİQ-25 təyyarəsi döyüş sursatları ilə birgə məhv edilib. Hücum edən güclərin kimliyi tam dəqiq olmasa da, hücumun arxasında İŞİD terror qruplaşmasının dayandığı ehtimal edilir.
Mərkəzin ekspertləri peykdən çəkilən şəkilləri təqdim ediblər. Şəkillərdə bazanın hücumdan əvvəlki (14 may 2016) və hücumdan sonrakı (17 may 2016) vəziyyəti göstərilib. Hücumdan sonra çəkilən şəkillərdə yanmış Mi-24 helikopterləri və yük maşınlarının qalıqları, həmçinin zərər dəyən təchizat binası və MİQ-25 təyyarəsi görünür.
İŞİD öz bəyanatında hücumun və məhv edilmiş texnikaların dəqiq təsvirini verib. Analitiklər məhz buna görə belə nəticəyə gəlirlər ki, hücumun arxasında İŞİD dayanır.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

24-09-2016, 10:49
Lənkəranskinin qisası alınır - Avtoritetlər birləşdi
13-06-2018, 16:38
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
6-11-2023, 09:18
Əsəbi adamı "quzu kimi" sakit edən bitki
29-08-2016, 18:03
Dünya bu vəhşilikdən danışır - VİDEO
23-09-2020, 17:03
Lavrov: 5 rayonun qaytarılmasının tərəfdarıyıq - Video
22-09-2023, 09:14
Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
29-11-2017, 12:03
Burak Özçivitin bahalı Bakı qalası "Qara cümə"yə düşdü
25-04-2016, 22:44
SOCAR-da FACİƏ: Kran fəhlənin başına düşdü
6-03-2022, 14:34
Eyni gündə 3 bacı ilə evləndi - Video