Tovuzda 500 hektar ərazi məhv oldu - Foto
Tarix: 24-05-2016 | Saat: 19:08
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ötən gün Qərb bölgəsində müşahidə olunan dolu və güclü leysan Tovuz rayonunda ciddi fəsadlar törədib.
Bu barədə Report-un Qərb bürosunun müxbirinə Tovuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Mahir Həsənov məlumat verib.
O bildirib ki, təbii fəlakət nəticəsində rayon ərazisində 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub: "Təbii fəlakət əsasən rayonun Kirən, Qalaboynu, Əhmədabad, Yanıxlı, Köhnə Qala, Əlibəyli və Alakol kəndlərini əhatə edib. 40 dəqiqəyə yaxın davam edən dolu kənd təsərrüfatına, yaşayış evlərinin dam örtüklərinə, elektrik təsərrüfatına xeyli ziyan vurub. FHK-nın ilkin hesablamalarına görə, adıçəkilən kəndlərdə 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub, Kirən kəndində isə yüzdən artıq ev quşu tələf olub. Güclü külək bəzi kəndlərin elektrik xətlərinə də ziyan vurub. Hazırda adiyyəti qurumlar təbii fəlakət baş verən yaşayış məntəqələrində enerji verilişinin bərpasına çalışırlar. Bu gün günorta saatlarında yenidən hava şəraitinin kəskin dəyişməsi işlərin ləngiməsinə səbəb olub".
M.Həsənovun sözlərinə görə, günün sonuna qədər yaşayış məntəqələri elektrik enerjisi ilə tam təmin olunacaq.
Xəbəri paylaş
7038 dəfə oxunub.
Digər xəbərlər

22-06-2015, 23:22
Bakı-2015: Yığmamız qrup sonuncusu oldu
16-06-2016, 12:28
İş adamını yaşadığı evdə amansızcasına qətlə yetirdilər - YENİ FAKTLAR
29-01-2016, 16:32
Dövriyyədə olan 50 dollarlıqları belə saxtalaşdırırlar (VİDEO)
1-01-2016, 15:50
Biabırçılıq! Oğul anası ilə evləndi Dünya
16-07-2015, 13:56
Bayramda Azərbaycanda 4 gün iş olmayacaq - RƏSMİ
11-01-2018, 11:02
Sevda qayınanasına-"Sənə nifrət edirəm,ölmüş anamı söydüyün üçün..."
29-05-2016, 22:41
Xadimə işləyən Paşayeva Şəfəq Mahmud qızının 5 manat pulunu...
5-06-2021, 10:10
Şəhid jurnalistlə vida mərasimi keçirilir
29-01-2016, 20:57
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
26-04-2018, 14:19
Heydər Əliyev prospektində qəza: tıxac yarandı- FOTO