"AYİB-in Azərbaycana sərmayəsi artacaq"
Tarix: 24-05-2016 | Saat: 19:01
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Palatadan Axar.az-a verilən məlumata görə, Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən S.Çakrabarti ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq.
Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nin ortamüddətli strategiyası barədə qonağa məlumat verən R.Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində AYİB ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

22-01-2019, 10:48
Azərbaycanda qardaş öz böyrəyini bacısına bağışladı
16-08-2015, 19:31
Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar
10-06-2016, 23:18
Rus gəmisindən şok: Türkiyə bayrağı qaldırdı - Video
17-08-2017, 16:54
Prezidentlərin övladları Bakıya gələcək
17-12-2016, 16:39
Bakı və Naftalan arasında sürətli qatar xidmətləri göstəriləcək
20-07-2015, 17:51
Bakıda həbsxanada kütləvi dava
24-05-2018, 20:42
Əfv olunan 12 “siyasi məhbus” bunlardır - SİYAHI
1-05-2016, 00:58
"Normand dördlüyü" Berlinə toplaşır - Müzakirə