Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan bunun nəticələrindən qorxur - Politoloq
Tarix: 23-05-2016 | Saat: 20:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ermənistan bunun nəticələrindən qorxur - Politoloq

Ermənistanda itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi mövzusuna qadağa qoyulub.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib.

"Prezidentlərin Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi mövzusudur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı. Parisdən qayıdan kimi Serj Sərkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusunu inkar etdi və işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi", - politoloq qeyd edib.

Politoloq Mübariz Əhmədoğlu itkin düşmüş şəxslərlə bağlı prosesin aparılmasını Ermənistanın özünə təhlükə hesab etdiyini vurğulayıb:

"İtkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış məzarlıqların müəyyənləşməsi, cəsədlərin ekskumasiya olunması və DNT analizlərinin aparılması deməkdir. DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcəkdir. Ermənilər DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər.

Eləcə də məzarlıqların yerlərinin tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir. Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır".


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___