Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto
Tarix: 23-05-2016 | Saat: 19:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 23-də Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi və 10 partlayış yerinə baxış keçirib.

"Xəbəraz.az " agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış keçirilən ərazilərdə 2 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) tapılıb və gün ərzində 21 190 kv/m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 Aprel - 23 May tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto
Cəbhədə "Qrad" mərmisi tapıldı - Foto


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___