Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İslam dünyası son 500 ildə elmə töhfə verməyib”
Tarix: 23-05-2016 | Saat: 18:43
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“İslam dünyası son 500 ildə elmə töhfə verməyib”


İslam dünyası son 500 ildə elmə doğru-dürüst töhfə verməyib. Bunu düzəltməliyik.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri dünən Türkiyənin Yıldız Texniki Universitetinin Mədəniyyət Mərkəzində Türkiyə Zəkalılar Dərnəyinin keçirdiyi bir tədbirdə Nobel mükafatlı türk alimi Əziz Sancar deyib.

Alimin sözlərinə görə, elm və texnologiya ilə maraqlanan uşaqları dəstəkləmək, onların inkişafını asanlaşdırmaq lazımdır:

“Daha gözləyə bilmərik. 2023 deyirik. İnşalah, 2023-cü il də olar. Onda olmasa, 2033-də olsun, amma ondan da 25-30 il sonranı gözləyə bilmərik. Artıq ABŞ və Avropa səviyyəsinə qalxmamız lazımdır. Elm və texnologiya ilə maraqlanan uşaqlarımızı dəstəkləməliyik, onların inkişafını asanlaşdırmalıyıq.

Mən üstün zəkalı deyiləm. Üstün zəkalı uşaqlar var, onlara uğurlar arzu edirəm və əlimizdən gələn qədər onlara dəstək verməliyik. Amma uğurlu olmaq Nobel almaq deyil. Uğurlu olmaq ailənizə, ölkənizə, vətəninizə, insanlığa xidmət etmək deməkdir.

​Bir ayaqqabı rəngləyən, bir müəllim, bir rektor, yaxud Nobel almış bir elm adamının işini yaxşı görməsi uğurdur. Nə ediriksə edək, əlimizdən gələn ən yaxşısını etməyə çalışaq. Bu bir ölkənin uğurudur. Bu düşüncəni uşaqlarımıza başa salmalıyıq. Bu düşüncəni onlarda inkişaf etdirməliyik”.

Azadlıq Radiosu-nun məlumatına görə, elmdə uğur qazanmağın vacib olduğunu deyən Sancar hər 5 Nobel mükafatçısından birinin yəhudi olduğunu xatırladıb:

“Əvvəlcə, bu tədbirə gəlmək istəmirdim. Bu tədbirə görə yox, heç bir yerə getmək istəmirəm. Amma gələndə çox sevindim. Mənim də bir az qatqım olsun, dedim. Elm öyrənməliyik. İnsanlığın elm xəzinəsinə qatılmalıyıq. Niyə etmirik? Yalnız Türkiyə deyil, bütün İslam dünyası son 500 ildə elmə doğru-dürüst töhfə verməyib. Bu həqiqətdir. Bunu düzəltməliyik.

Elm kültürünü inkişaf etdirmək bir ənənə olmalıdır. Bu, ABŞ-da bir çox seminarın mövzusu olub. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 faizini təşkil edirlər, amma elm Nobellərinin yüzdə 20-sini alıblar. Onlar bütün insanlardan daha zəkalıdırmı? Yox, deyillər. Onların kültüründə təhsilə, elmə önəm verilir. Bu, yüz illərlə belə olub.

Bunu ölkəmizdə də inkişaf etdirməliyik. Bunu etdikcə bizdə də 100 ildə bir dənə elm sahəsində Nobel almış türk elm adamı deyil, 10-20 elm adamı olar. İnşallah, bu kimi fəaliyyətlərlə uşaqlarımızı elmə, elm mədəniyyətinə alışdırmağa davam edər və gələcək əsrdə inşallah, bizdən sonrakı nəsillər artıq “Əziz Sancar və ya İsmayıl Arslan Nobel alıb, dəvət edək”, deməz, onsuz da hər kəs Nobel alır deyə, fikir də verməz. Arzum budur.

İşləsəniz, Nobel öz-özünə gələcək. Mən Nobel almaq üçün araşdırma aparmadım. Nobel bir insanın və ya cəmiyyətin insanlığa töhfəsinin tam ölçüsü deyil. Biz uşaqlarımızı yaxşı yetişdirməklə vəzifəmizi yerinə yetiririk. Onlar da ölkəmizə, insanlığa xidmət edərlər.

Məncə, hər kəsin zəkası eynidir. Üstün zəkalılar deyirsiniz. Bilmirəm, zəka necə ölçülür? Dünyanın ən üstün zəkalı insanı normal bir həkimdir. IQ testi nəyi ölçür, bilmirəm. Mən orta zəkalı bir insanam. Mən çox çalışaraq uğurlu oldum. Zəka, istedad subyektiv bir şeydir, məncə”.

Qeyd edək ki, Əziz Sancar zədələnən DNK-ların araşdırılması istiqamətində gördüyü işlərə görə 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___