Siqaret aludəçiləri bu bitkidən yeməlidir
Tarix: 23-05-2016 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Tərə ən faydalı bitkilərdən biri hesab edilir. Onun tərkibində portağaldan daha çox C vitamini, ispanaqdan daha çox dəmir, süddən daha çox kalsium var.
Publika.az tərənin sağlamlığa faydalarını təqdim edir:
Tərənin bir çox çeşidi olsa da, su tərəsi daha faydalı və ləzzətli hesab edilir. Qədim dövrlərdə Hindistanda bu bitkidən dərman kimi istifadə edilib. Tərəni adətən, çiy halda yeyirlər, salatlara və şorbalara əlavə etmək olar. Bəzi ət və tərəvəz yeməklərinə də əlavə edilir.
Ötən illərdə ABŞ-ın Uilyam Paterson Universitetinin professorları qida dəyəri baxımından tərənin ən faydalı bitki olduğunu açıqlamışdı. Tərə manqan və fosfor mineralları ilə yanaşı, maqnezium, kalium yod və mis də ehtiva edir.
Tənəffüs yollarında problem olanlar tərədən faydalana bilərlər. Bu bitki öskürəyi kəsir, sinəni yumşaldır, bəlğəmi sökür. Bədəndəki zərərli bakteriyaları məhv edən tərə arıqlamaq istəyənlər üçün də idealdır.
Tərə qaraciyər üçün faydalıdır. Bu bitki qanı təmizləyir, qandakı şəkərin miqdarını azaldır, qan azlığının qarşısını alır.
Tərə böyrəklər üçün də əvəzedilməz bitkidir. Çünki böyrək daşlarının tökülməsini asanlaşdırır. Tərə yeyən insanlar saç tökülməsi və kəpək problem ilə üzləşmirlər.
Siqaret aludəçilərinə də tərə yemək tövsiyə edilir. Çünki bu bitki siqaretin orqanizmə verdiyi zərəri azaldır, hüceyrələri bərpa edir. Elə bu xüsusiyyəti sayəsində xərçəngin ən böyük düşməni hesab edilir.
Göz xəstəliklərindən əziyyət çəkənlər də bu bitkidən faydalanmalıdır. Çünki tərə göz xəstəliklərinə yaxalanmaq riskini azaltmaqla yanaşı, xəstəliyin sağalmasını da sürətləndirir.
Lakin bu bitkini həddən artıq yemək olmaz. Xüsusilə şəkər xəstələri və allergiyadan əziyyət çəkənlər diqqətli olmalıdır.
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

21-12-2016, 13:13
Azərbaycanda həbsxanalarda 3 məhbus ölüb
9-05-2017, 22:23
Leyla Əliyeva uşaqlarla bir arada - Fotolar
24-06-2015, 14:58
Sərxoş yenot insanları güldürdü - VİDEO
25-05-2022, 12:38
Azərbaycanda gəlin keçmiş qayınanasının barmaqlarını sındırdı
4-02-2017, 20:05
Nazik dodaqlı xanımlara TÖVSİYƏ - Daha böyük görünməsi üçün...
2-01-2016, 14:43
Vergidən gizlədilən obyekt və əmlaklar yeni üsulla tapılacaq
24-10-2015, 19:07
Neftin qiyməti proqnozları doğrultmayıb
12-05-2016, 16:55
Əliyev-Sərkisyan görüşünə Rusiyadan açıqlama
26-11-2015, 13:27
Yenə alt paltarı geyinmədi - FOTO