Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada mədəndə faciə - 150 nəfər dağıntı altında qalıb
Tarix: 23-05-2016 | Saat: 13:27
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiyada mədəndə faciə - 150 nəfər dağıntı altında qalıb

Rusiyanın Krasnoyarsk diyarında mədən karxanasının divarının uçması nəticəsində 150 nəfər dağıntılar altında qalıb

Anspress bildirir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi Alyona Aleksişina deyib.

Onun sözlərinə görə, hadisə səhər saatlarında diyarın Şimali Yenisey rayonu, Eruda qəsəbəsi yaxınlığında baş verib. Baş vermiş insident nəticəsində heç kim xəsarət almasa da, karyerdə 150 nəfər qalıb. Onlar yerin altında 300 metrdən 560 metrə qədər dərinlikdədirlər.

Rusiya FHN-dən bildiriblər ki, divarın uçmasına səbəb, çox güman ki, qrunt suları olub. Hazırda hadisə yerində operativ qərargah işləyir, dağıntılar altında qalmış insanların təxliyəsinə başlanılıb.

Mədənlərdə uçqun hadisəsi daha çox Çində baş verir. Sonuncu dəfə də burada gips mədənində uçqun baş verib. Şandon əyalətində baş verən hadisə zamanı dağıntılar altında 25 nəfər qalıb. Qəzaya səbəb 4 bal gücündə zəlzələnin olması göstərilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Linyi qəsəbəsi ərazisindəki mədəndə həmin vaxt 29 nəfər işləyirmiş. Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər.


Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___