Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda məktəb yandı: İcra başçısı hadisə yerində
Tarix: 23-05-2016 | Saat: 12:08
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda məktəb yandı: İcra başçısı hadisə yerində

Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Report-un məlumatına görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyə olunub. "Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur", - məktəbdən bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub:

“Hadisə yerinə iki həkim briqadası göndərilib”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın baş verən əraziyə gedib.

İcra başçısı son durumla maraqlanıb.


İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır:

"Hələ ki, dəqiq səbəbi bəlli deyil. Məktəbə dəyən ziyanın smetası çıxarılacaq, fəsadlar aradan qaldırılacaq".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən APA-ya bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Bakıda məktəb yandı: İcra başçısı hadisə yerində


Xəbəri paylaş

1 8218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___