Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tacikistan ömürlük prezidentini seçir
Tarix: 22-05-2016 | Saat: 19:49
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Tacikistan ömürlük prezidentini seçir
Tacikistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum baş tutmuş elan edilib. Yerli vaxtla saat 12.00-dək əhalinin 66,6 faizi səs verib.

Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

Konstitusiyaya görə, referendumun tanınması üçün seçicilərin 50 faizində çoxu iştirak etməlidir.

Vətəndaşlar referendumda ölkə konstitusiyasına dəyişikliklərə münasibət bildirirlər. Söhbət 41 dəyişiklikdən ibarət layihədən gedir. Onların arasında hazırkı prezident Emoməli Rəhmonun prezidentlik müddəti üçün məhdudiyyətlərin götürülməsi, eləcə də, prezidentliyə namizədlər üçün yaş senzinin 35-dən 30-a endirilməsi də var. Bundan başqa, milli və ya dini əsaslarla partiyaların yaradılması və siyasi partiyaların xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi də nəzərdə tutulur.

Yaş senzinin endirilməsi fəaliyyətdə olan prezidentin oğlu Rüstəm Emoməlinin 2020-ci ildə 33 yaşında prezidentliyə namizəd olmasına imkan verəcək.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___