Cüdoçularımız 7 medal qazandı
Tarix: 22-05-2016 | Saat: 12:40
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
ANS-in məlumatına görə, Azərbaycan cüdoçuları elə ilk yarış günündə mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Ölkəmizə medalları qazandıran idmançılar aşağıdakılardır:
Rövşən Əliyev (50kq), Vüsal İbrahimov (55 kq) və Şəfəq Həmidova (44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar.
Raxşan Baxşəliyev (50kq), Əhməd Yusifov (55kq), Paşa Əliyev (66kq) və Şəhanə Hacıyeva (44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər.
Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.
Bir neçə gün əvvəl yeniyetmə cüdoçularımız Qazaxıstandan 3 medalla vətənə qayıdıblar. Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnir başlayıb. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.
Xəbəri paylaş
7178 dəfə oxunub.
Digər xəbərlər

13-06-2016, 18:51
Maşın aşdı, sürücünün anası öldü - Xızıda
3-12-2015, 13:23
Xanımlar, diqqət! Abortdan sonra bu fəsadlar yarana bilər
29-11-2019, 17:22
Ərdoğandan Fransa prezidentinə CAVAB
6-02-2016, 22:49
“Füzulidə qaz xətti borusunda yanğın olub
20-01-2022, 16:56
Pərvin "Survivor"dan danışdı: "Orada qadınlara iynə vururlar" - VİDEO
8-11-2023, 12:46
Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər
30-09-2018, 10:32
Sumqayıtda DƏHŞƏTLİ QƏZA:ölənlər və yaralananlar var
1-10-2016, 20:17
Uşaq hər gün 7 ədəd qoz yesə…
16-02-2020, 01:13
İlham Əliyev Paşinyanın yalanını belə ifşa etdi - VİDEO