Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Taekvondoçumuz Avropa çempionu oldu
Tarix: 21-05-2016 | Saat: 21:52
Bölmə:Karusel / İdman / M2 | çapa göndər


Taekvondoçumuz Avropa çempionu oldu
İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin üzvü Milad Beigi Hərçəqani uğurla çıxış edərək qızıl medal qazanıb.

"Xəbəraz.az " xəbər verir ki, mayın 21-də milli komandamızın kişi taekvondoçularından 74 kiloqram çəki dərəcəsində Səid Quliyev və Namaz Heydərov, 80 kiloqram çəki dərəcəsində Ramin Əzizov və Milad Beigi Hərçəqani, qadınlardan isə Yaprak Eriş (62 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxıblar. Onlardan 5-i mübarizəni dayandırıb.

Ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək Milad Beigi Hərçəqani isə uğurla çıxış edərək qızıl medala sahib olub. Belə ki, o, əvvəlcə serbiyalı İvan Karajlovic (13:0), sonra britaniyalı Lutalo Muhammad (13:1) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə polşalı Pyotr Pazinskini (16:4) məğlub edən idmançımız həlledici görüşdə türkiyəli Yunus Sarıya (5:0) qalib gələrək Avropa çempionatının qızıl medalına layiq görülüb.

Digər idmançılarımızdan Səid Quliyev birinci, Ramin Əzizov, Namaz Heydərov, eləcə də “Rio” Olimpiadasında iştirak edəcək Fəridə Əzizova ikinci, Yapraq Eriş isə üçüncü mərhələdə mübarizəni dayandırıblar.

Xatırladaq ki, yığmamızın heyətində Azərbaycan taekvondoçusu Patimat Abakarova (53 kq) Avropa çempionatının ikinci günündə mayın 20-də gümüş medal qazanmışdı.

Mayın 22-də başa çatacaq qitə çempionatında millimiz 17 idmançı ilə təmsil olunur.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___