Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Birinci xanım cəmiyyətə bir mesaj verdi - Millət vəkili
Tarix: 20-05-2016 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Birinci xanım cəmiyyətə bir mesaj verdi - Millət vəkili
Bu amnistiya aktı təkcə 10 min insana şamil olunmur. Onların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq, bu layihənin nə qədər böyük kütləyə xitab etdiyini görə bilərik.

"Xəbəraz.az "xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə gündəliyə çıxarılan amnistiya aktı layihəsinin müzakirəsi zamanı çıxış edərkən Qənirə Paşayeva deyib.

Millət vəkili bu addımı yüksək qiymətləndirib:

“Bir cəmiyyət, toplum ancaq humanizm, xeyirxahlıq, mərhəmət anlayışının geniş yayıldığı şəraitdə daha da inkişaf edə bilər. Bugünkü layihənin də Mehriban xanım tərəfindən təqdimatı məhz buna xidmət edir. Bu amnistiya aktı təkcə 10 min insana şamil olunmur. Onların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq, bu layihənin nə qədər böyük kütlələrə xitab etdiyini görə bilərik. O, bu layihəni artıq neçənci dəfə təqdim etməklə bu insanlarla bərabər cəmiyyətimizə də çox önəmli mesajlar verdi.

Birincisi, Mehriban xanımın özünün də söylədiyi kimi bu “siz xəta etdiniz, amma biz sizi bağışlayırıq, bu səhvi bir daha təkrar etməyəcəyinizə inanırıq” mesajıdır. İndiyə qədər təqdim edilən 3 amnistiya layihəsi çərçivəsində azadlığa çıxanlarla bağlı statistika göstərir ki, doğrudan da o insanların əksəriyyəti bir də həbsxanalara düşmürlər.

İkincisi, bu amnistiya aktı həm də cəmiyyət və ailələr üçün verilən mesajdır. Layihədə Qarabağ müharibəsinin iştirakçılarına, şəhid ailələrinə, onların yaxınlarının da yer aldığı üçün təşəkkür edirik. Mehriban xanımın apreldə şəhid ailələrimizlə görüşəndə verdiyi mesajın davamı da bu layihədə öz əksini tapır. Ən vacibi isə bu addım dövlətçilik anlayışına münasibətin bir daha təzahürüdür”.

Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.


Xəbəri paylaş

8518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___