Qız üstündə polisi qətlə yetirən şəxsə cəza istəniləcək
Tarix: 19-05-2016 | Saat: 12:36
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla qətl hadisəsi törətməkdə təqsirli bilinən Rövşən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Rövşən Həsənov saxlanılıb. Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub. Saxlanılan Rövşən Həsənovun üzərindən “Makarov” tipli tapança götürülüb.
Məlum olub ki, Rövşən Həsənov Nadir İbrahimovu qız üstündə güllələyib. “Şuşa” kafesində Rövşən Həsənovla bərabər olan qadının mobil telefonuna zəng gəlib. Telefonu Rövşən Həsənov açıb. Kişi səsi eşidən Rövşən Həsənov qəzəblənib və kimin zəng etdiyi ilə maraqlanıb.
Bundan sonra o, Nadir İbrahimovu söhbətə çağırıb. Nadir İbrahimov isə “Şuşa” restoranında olduğunu bildirib və onu gözlədiyini deyib. Üzərində silah olan Rövşən Həsənov Nadir İbrahimovun olduğu otağa girib və onu güllələyib. Bildirilir ki, Rövşən Həsənov bütün “darağı” Nadir İbrahimovun bədəninin müxtəlif nahiyələrinə boşaldıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə cəza istəyəcək.
Məhkəmə iclası mayın 24-də davam edəcək.
- See more at: http://teleqraf.com/news/97952#sthash.OyKaB4Ju.dpuf
Xəbəri paylaş
9828 dəfə oxunub.
Digər xəbərlər

18-10-2022, 09:46
Bakıda avtobus sürücüsü yola yox filmə baxır - VİDEO
23-08-2017, 15:26
Damlanın "Süper Aşık"i 19-cu oldu. - Foto
7-04-2015, 15:19
İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
11-04-2022, 10:20
Gəncədə 16 yaşlı qız ana oldu
28-04-2022, 10:44
Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO
16-01-2016, 18:54
Məcburi köçkünlərin yemək pulu artırıldı
14-12-2022, 11:39
Yeni il üçün hotellərdə qiymətlər: 2 günü 4 min manat
30-07-2017, 09:53
Beynəlxalq Çempionlar Kuboku:“Barselona” qalib gəldi
2-04-2017, 18:32
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü – FOTO