Şəhid əsgərin son sözü: "Böyük şərəfdir"
Tarix: 18-05-2016 | Saat: 18:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Mingəçevirli Teymur Qasımovun ölümündən sonra layiq görüldüyü medal onun atasına təqdim olunub.
"Xəbəraz.az "xəbər verir ki, Azərbaycan ordusunun şəhid əsgəri Qasımov Teymur Sabir oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Mingəçevir şəhərində dəfn edilən şəhidin 40 mərasimində onun təltif olunduğu medal atasına təqdim olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri mayın 18-də Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunan Teymur Qasımovun məzarını ziyarət edib, qəhrəman əsgərin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər əminliklə bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu dinclik tapacaq. Teymur Qasımovun əsgər yoldaşları Rəşad Novruzov, Həsən Quliyev onun igidliyindən danışıb və qəhrəman döyüşçünün son sözünü xatırladıblar: Vətən uğrunda ölmək böyük şərəfdir.
Mərasimdə şəhid Teymur Qasımovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Kərimov bildirib ki, bütün hərbçilər şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir. Onlar yeni bir tarix yazırlar və öz qəhrəmanlıqları ilə xalqımızın yaddaşında əbədi yaşayacaqlar.
Polkovnik-leytenant Zaur Kərimov şəhid hərbçinin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını onun atası Sabir Qasımova təqdim edib.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Teymur Qasımov aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

31-07-2015, 12:37
Qaraçuxurda 6 sot torpaq satılır sotu 28000 manat
29-03-2018, 20:44
Havada tozun miqdarı artıb - Normadan 40 faiz yuxarıdır
11-05-2017, 20:00
Hacı Nuran efirə qayıdır
6-09-2016, 19:57
Leysan Şəkidə mərkəzi yolları dağıtdı - VİDEO
16-06-2016, 20:28
Tərtərdə raket hissəsi tapıldı
17-06-2016, 15:23
Zəhərlənmələr keyfiyyətsiz qaza görədir - Rəsmi
19-06-2020, 12:53
Koronavirusa yoluxan icra başçısının 40 əməkdaşından test götürüldü
5-03-2016, 14:43
Neftçalada motosiklet iki piyadanı vurub
23-03-2018, 11:58
“Facebook” hesabları kütləvi şəkildə silinir