Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə evdən qaçan qız tapıldı - Yeniləndi
Tarix: 18-05-2016 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bərdədə evdən qaçan qız tapıldı - Yeniləndi

Bərdə rayonunda 14 yaşlı qız evdən qaçıb.

Bu barədə ANS-ə onun valideynləri məlumat veriblər. Bildirdilər ki, şəhərin Sənaye küçəsində qeydiyyatda olan 2002-ci il təvəllüdlü Aynurə Şakir qızı Əsgərova ötən gün günorta saat 15 radələrində ailə üzvlərinin evdə olmamasından istifadə edərək heç kimə xəbər vermədən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Atası deyir ki, Aynurə evdən qaçmazdan bir neçə saat əvvəl məktəbdə müəllimi ilə hansısa bir narazılıq yaradıb və müəllimi də ona bu hərəkətini valideynlərinə deyəcəyini bildirib:

“Düşünürəm ki, qızım məndən qorxduğu üçün evdən qaçıb. O, evdən çıxaraq rayon avtovağzalına gedib və oradan da Bakıya yollanıb. Bizim paytaxtda qohumlarımız var. Ancaq Aynurə onların heç birinin ünvanını tanımır. Hazırda Bərdə polisi də hər yerdə qızımı axtarır”.

14 yaşlı qızın boyu təxminən 160 sm, orta bədən quruluşludur. Evdən çıxarkən əynində cins şalvar, qırmızı kofta, əlində isə məktəbli çantası olub.

Valideynləri Aynurə Əsgərovanı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamalarını xahiş edir:

050- 419- 85- 78 (Atası Şakir Əsgərov)
050- 460- 53- 49
050- 352- 41- 28

***

Bərdə rayonunda evdən qaçan 14 yaşlı qız tapılıb.

Bu barədə onun valideynləri məlumat veriblər. Bildirdilər ki, ötən gündə evdən çıxan qız Bakıya bibisigilə gedib:

“Qızım paytaxta çatandan sonra bibisinə zəng edib və Bakıda olduğunu deyib. Aynurə hazırda bacımın evindədir. Evdən qaçmasına səbəb kimi isə dəcəllik etdiyi üçün müəllim tərəfindən döyüldüyünü göstərir”.


Xəbəri paylaş

9528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___