Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya liderləri rüsvayçılıq anında – Fotolar
Tarix: 17-05-2016 | Saat: 22:05
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


Dünya liderləri rüsvayçılıq anında – Fotolar
Dünya liderləri adətən bizim təsəvvürümüzdə qüsursuz, ideal şəxslər kimi canlanır. Onların ki çoxsaylı imicmeykerləri, stilistləri və məsləhətçiləri olur.

"Xəbəraz.az " milyonların önündə naqolay duruma düşən siyasətçiləri təqdim edir:

Pen Lyuanın unlu sifəti

Çin lideri Si Szinpinin xanımı, Çinin məşhur xalq mahnıları ifaçısı Pen Lyuan London səfəri zamanı bütün jurnalistləri heyrətləndirmişdi. Fotokameraların işığı xanım Penin üzərinə istiqamətləndiriləndə onun üzünün “una batdığı” aşkara çıxmışdı. Bütün siması ağ tozla örtülü olan birinci xanımın bu görkəminin günahkarı vizajistləri imiş.

Vizajistlər foto deyil, kamera çəkilişlərində möhtəşəm effekt verən, lakin fotokameraların işığı qarşısında unu xatırladan pudradan istifadə edərək Pen Lyuanı dünya manşetlərinə çıxarmağa müvəffəq olmuşdu.



Kreml sözçüsü Dmitri Peskovun hipster stilində yayılan fotosu uzun müddət gündəmi zəbt etmişdi.

Siyasətçinin qırmızı şalvarı və hipster stilində olan ugiləri onu tanıyanlar üçün böyük sürpriz olmuşdu.


Pol Vulfovitsin corabları

Sən demə, Dünya Bankı prezidentinin özünə yeni corab almağa belə imkanı yox imiş. Bütün bu iddia və zarafatlar 2007-ci ildə məscidə səfər etmək qərarına gələndə meydana çıxmışdı. Məscidə daxil olmaq üçün ayaqqabılarını çıxaran Vulfovitsin hər iki corabının cırıq olması uzun müddət sosial şəbəkələrdə müzakirə olunmuşdu.

Devid Kemeronun qarnı

Britaniyanın Baş naziri Devid Kemeronun köynəyinin düymələri London merinin qəbulunda nazirin sözlərinə baxmayıb. Jurnalistlər xüsusi həssaslıqla Baş nazirin köynəyinin düymələrinin açıq olduğu vaxtda onun qarnının fotosunu çəkib yaymışdı.

Nikolay Molamujun alt paltarı

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin eks-rəhbəri Nikolay Molamujun öz evindən onlayn transilasiya vasitəsilə verdiyi müsahibə böyük ajiotaja səbəb olmuşdu.

Siyasətçi müsahibənin sonunda ayağa qalxarkən onun qalstuk və pencəyini tamamlayan şalvar geyinmədiyi məlum olmuşdu.

Dünya liderləri rüsvayçılıq anında – Fotolar
Dünya liderləri rüsvayçılıq anında – Fotolar
Dünya liderləri rüsvayçılıq anında – Fotolar
Dünya liderləri rüsvayçılıq anında – Fotolar


Xəbəri paylaş

1 2228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___