Azərbaycan idxalı 25 faiz azaltdı
Tarix: 17-05-2016 | Saat: 20:31
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3606,5 milyon ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 1780,6 milyon dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1825,9 milyon dollarını (50,6 faizini) isə idxal məhsulları təşkil edib, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 23,9 faiz, o cümlədən ixrac 23 faiz, idxal isə 25,1 faiz azalıb. Ticarət dövriyyəsinin 42,5 faizi Avropa İttifaqı ölkələrinin, 11,7 faizi MDB üzvü ölkələrinin, 45,8 faizi isə digər ölkələrin payına düşüb.
İdxal olunmuş məhsulların dəyərinin 28,0 faizi Avropa İttifaqı ölkələrinin, 16,7 faizi MDB üzvü ölkələrinin, 55,3 faizi isə digər ölkələrin payına düşüb.
İxrac edilmiş məhsulların 57,3 faizi Avropa İttifaqı ölkələrinə, 6,6 faizi MDB üzvü ölkələrinə, 36,1 faizi isə digər ölkələrə göndərilib. 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 44,5 faiz azalaraq 244,8 milyon dollar təşkil edib.
Xəbəri paylaş
7508 dəfə oxunub.
Digər xəbərlər

27-02-2017, 12:13
Sağlam olmaq istəyirsinizsə, əməl edin – 5 SADƏ MƏSLƏHƏT
24-09-2015, 16:15
Evdə cipsinin hazırlanması qaydası
17-09-2022, 10:45
Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq
13-09-2016, 01:15
Təcavüzkarı evinə çağırıb öldürdü
31-08-2017, 13:52
Bakıda mağazada oğurluq kameraya düşdü - bütün kassanı boşaltdı (VİDEO)
11-06-2016, 11:15
Manatın 3 günə olan məzənnəsi
18-04-2016, 20:25
Tələbələr arasında futzal yarışı keçirilib
29-05-2018, 17:08
Tanınmış aparıcı peşəsini dəyişib?-foto
22-08-2017, 12:18
Cəbhədə erməni TƏXRİBATI