Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
TAP təhlükəsizliyə dəstək verəcək - Eyyubov
Tarix: 17-05-2016 | Saat: 19:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


TAP təhlükəsizliyə dəstək verəcək - Eyyubov
Transadriatik boru kəməri (TAP) Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə nail olunması üzrə səylərini dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Salonikidə TAP-ın tikintisinin başlanılmasına həsr edilmiş mərasimdə deyib.

Onun sözlərinə görə, boru kəməri Avropa ölkələrinə təkcə mənbələri deyil, həm də qaz tədarükü marşrutlarını şaxələndirmək imkanı verir: "TAP Avropanın enerji təhlükəsizliyinə nail olunması üzrə səylərinə ciddi dəstək verəcək".

Y.Eyyubov əmin olduğunu bildirib ki, layihə birgə səylərlə vaxtında başa çatacaq və 2020-ci ildə Azərbaycan qazı Avropaya çatacaq.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___