Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik və komitələr bir araya gəlir – Səbəb
Tarix: 16-05-2016 | Saat: 18:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Nazirlik və komitələr bir araya gəlir – Səbəb
Mayın 18-də insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirəcək.

"Xəbəraz.az " xəbər verir ki, tədbir DİN, AQUPDK, Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) iştirakları ilə keçiriləcək.

Konfransda məişət zorakılığı ilə bağlı ölkəmizdəki vəziyyət, məişət zorakılığına dair qanunvericilik bazasının tətbiqi ilə bağlı boşluqlar, qurumlararası əlaqələndirmənin həyata keçirilməsi (aidiyyəti qurumlar arasında birgə tədbirlər planının imzalanması) kimi məsələlər müzakirə ediləcək.

Konfrans 10:30-dan-13:00-dək Daxili İşlər Nazirliyinin akt zalında təşkil ediləcək. (Ünvan: Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4, Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasının yanında).


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___