Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İkiqat veteran, ömrü yarıda qırılan yazar - Video
Tarix: 16-05-2016 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

İkiqat veteran, ömrü yarıda qırılan yazar - Video
Mərhum yazıçı Zakir Sadatlının 55 yaşı tamam olur.

"Xəbəraz.az " xatırladır ki, Zakir Sadatlı 1961-ci ildə Cəlilabad rayonunun Sadat kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra Bakıya gəlib, burada filologiya ixtisasına yiyələnib. Uzun müddət Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də böyük redaktor işləyən Zakir Sadatlı sonralar Azərbaycan radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifəsində çalışıb. O, 20-dən artıq sənədli filmin və radio verilişlərinin ssenari müəllifi, “Gündoğandan-günbatana” layihəsinin rəhbəri olub.

Zakir Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə mətbuatda çıxış edib. O, 2008-ci ildə M.Kaşğarinin 1000 illik yubileyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkə yazıçıları arasında keçirdiyi hekayə müsabiqəsində Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə isə 3-cü yeri tutub.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü idi.
“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanıb. Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.

Zakir Sadatlı həm də tərcüməçi kimi fəaliyyət göstərib. O, Azərbaycan Cümhuriyyəti fədailərindən olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarının Türkiyə türkcəsində olan əlyazmasını Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük səs-səda doğurub və türkcəyə çevrilərək təkrar nəşr edilib.

Qeyd edək ki, Azərbaycan Milli Kitab Müsabiqəsinin qalibi (2013) yazıçı Zakir Sadatlı 2013-cü il fevralın 5-də 52 yaşında xərçəng xəstəliyindən vəfat edib. Məzarı Cəlilabad rayonunun Sadat kəndindədir.




Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___