Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dağıstan lideri Qusardan yola salındı - Foto
Tarix: 14-05-2016 | Saat: 02:40
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Dağıstan lideri Qusardan yola salındı - Foto

Azərbaycanda Dağıstan günləri çərçivəsində Bakıda olan Dağıstan prezidenti Ramazan Abdullatipov və onu müşaiyət edən nümayəndə heyəti səfərlərini yolüstü Qusar və Xaçmaz rayonlarında davam etdirib.

ANS-in məlumatına görə, onlar əvvəlcə Xaçmazda böyük ictimai-siyasi xadim Əziz Əliyevin muzeyinə, H.Əliyev mərkəzinə və şəhərin bir sıra görməli yerlərinə baş çəkiblər.

Dağıstanlı qonaqlar Azərbaycanda xoş qarşılanmalarından məmnun qaldıqlarını bildiriblər. Daha sonra Qusara gələn Dağıstanlı qonaqlar burda sakinlər qarşısında çıxış edib.


Qusarı çox bəyəndiyini deyən Ramazan Abdulatipov Azərbaycanı talerant, çoxmillətli ölkə kimi tanıdığını dilə gətirib. "Mən çox şadam ki, bizim dağıstanlılar Azərbaycanda çox komfort yaşayır və özlərini nümunəvi vətəndaş sayırlar", - deyə Ramazan Abdulatipov bildirib. Rusiyanın Azərbaycandakı səfiri Doroxinin müşayiətilə qonaqlar Qusarın Samur keçid məntəqəsindən ölkələrinə yola salınıblar.

"Azərbaycan və Rusiya münasibətləri strateji əhəmiyyət daşıyır." Bunu Azərbaycanda səfərdə olan Dağıstan prezidenti Ramazan Abdulatipovla görüşən prezident İlham Əliyev deyib.

"Dağıstan həmişə Azərbaycan üçün doğma yer olub və olacaq. Azərbaycan və Dağıstan arasındakı münasibət strateji əhəmiyyət daşıyan Rusiya-Azərbaycan əlaqələrinin inkişafında vacib rol oynayır".

Ramazan Abdulatipovun Azərbaycana səfəri dünən başlayıb. O, ölkəmizdə 12-13 may tarixlərində keçiriləcək Dağıstan mədəniyyəti günlərində iştirak etmək üçün gəlmişdi.
Dağıstan lideri Qusardan yola salındı - Foto
Dağıstan lideri Qusardan yola salındı - Foto


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___