İŞİD-çinin oğurladığı uşaq belə xilas edildi - Video
Tarix: 12-05-2016 | Saat: 19:19
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Ailə və yaxınları onun salamat olduğuna sevinərək əl qolunu açırlar.
Sabunçu rayonunun Şuşa şəhərciyində İŞİD-çi olduğu deyilən şəxs tərəfindən oğurlanan 8 yaşlı uşağın xilasolunma görüntüləri yayılıb.
ANS-in verdiyi məlumata görə, görünütlərdən aydın olur ki, tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn valideynləri tərəfindən tapılıb. Ailə və yaxınları onun salamat olduğuna sevinərək əl qolunu açırlar. Azyaşlı isə başına gələnləri durmadan təkrarlayır.
Hadisə 2 gün əvvəl baş verib. 8 yaşlı Hüseyn Ramazanlı həyətdə velosiped sürərəkən Abşeron rayon sakini Elnur Məmmədov tərəfindən qaçırılıb. Uşağın yerinin müəyyən olunmasında qonşuluqdakı 12 yaşlı Ülvi adlı uşağın köməkliyi olub. Belə ki, cinayəti törədən şəxs əvvəlcə Ülvini oğurlamaq istəyib, lakin atasının yanına gəldiyin gördükdən sonra fikrindən daşınaraq Hüseyni oğurlayıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artıq hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub. Faktla bağlı cinayət məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

24-12-2016, 01:40
Balakəndə ev yandı: 3 yaşlı uşaq yanaraq öldü
11-09-2016, 22:33
ŞOK: 101 yaşında ana oldu- 17-ci övladı - FOTOLAR
17-07-2015, 19:17
Tovuz sakini polis şöbəsinə pulemyotla girdi
23-04-2016, 12:56
Bakıda restoranda atışma: 3 nəfər həbs edildi - YENİLƏNİB - ADLAR
24-07-2016, 18:39
63 yaşlı səfirimiz 25 yaşlı xanımla evləndi -FOTOLAR
16-01-2016, 11:06
Bülənt Ərsoyla Jelena Karleusa eyni eynəkdən taxdı – fotolar
26-12-2022, 14:28
Kamran Əliyev onu özünə köməkçi TƏYİN ETDİ
25-12-2017, 09:40
Cəbhədə erməni təxribatı davam edir
28-07-2017, 10:32
Gülnarə Kərimova həbs olundu