Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Son zəngin və tətilin vaxtı açıqlandı - Rəsmi
Tarix: 12-05-2016 | Saat: 15:48
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Son zəngin və tətilin vaxtı açıqlandı - Rəsmi

Bu il son zəng iyunun 14-də çalınacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS-ə açıqlamasında deyib ki, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq.

Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.

Dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünüb, birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.

Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:

Payız tətili - 16 noyabr 20 noyabr
Qış tətili - 27 yanvar 31 yanvar

Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdirilib. Bu tətil mayın 1-dən 5-nə kimi müəyyən olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___