Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda gənc oğlandan “facebook”da tanış olduğu qıza gözlənilməz zərbə
Tarix: 12-05-2016 | Saat: 12:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda gənc oğlandan “facebook”da tanış olduğu qıza gözlənilməz zərbə
Quldurluq və dələduzluqda təqsirləndirilən Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə və Naxçıvan şəhər sakini, 1994-cü il təvəllüdlü Cahangir Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Xəbəraz.az " teleqraf.com-a istinadən xəbər verir ki, Cahangir Eyvazov 2013-cü ilin oktyabr ayında “Facebook” sosial şəbəkəsində Sevda Məmmədova (ad və soyad şərti göstərilib) ilə tanış olub.

O, Sevdanı onu sevdiyinə inandırıb. Cahangir mütəmadi olaraq Sevda Məmmədova ilə görüşüb və onunla ünsiyyət yaradıb. O, Sevdanı onunla evlənəcəyinə inandırıb. Bununla da o, Sevdanın etibarını qazandıqdan sonra qızı aldatmağa başlayıb.

Sevdiyi qıza qarşı dələduzluq

Cahangir Eyvazov 2014-cü ilin fevral ayında tezliklə qaytaracağı adı ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yaxınlığında Sevda Məmmədovanın 600 manat dəyərində “Sony XPERİ T2” markalı, 520 manat dəyərində “HTC” markalı mobil telefonlarını alıb. O, Sevdaya qarşı cinayətkar əməlini davam etdirərək 2014-cü ilin aprel-may ayları ərzində Nizami rayonu ərazisində, “Xalqlar Dostluğu” Ticarət Mərkəzində ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı, 2000 manat dəyərində 1 ədəd sünbül formalı qızıl boyunbağını, 1000 manat dəyərində 1 ədəd sünbül formalı qızıl qolbağını ələ keçirib.

Sevdiyi qızın 6620 manatını ələ keçirdi

Cahangir Eyvazovun sevdiyi qıza qarşı dələduzluğu bununla bitməyib. O, 2014-cü ilin aprel ayında işlətdiyi avtoyuma məntəqəsində yaranmış çatışmazlıqları aradan qaldırmaq adı ilə Sevda Məmmədovadan Bakıxanov qəsəbəsində yenidən 500 manat alıb. Həmin ilin mayın 19-da Cahangir Bakıxanov qəsəbəsində obyekt açaraq birgə işlətmək adı ilə növbəti dəfə Sevdanın 1500 matını ələ keçirib. Cahangir Sevda Məmmədovanın ümumilikdə 6620 manatını dələduzluq yolu ilə ələ keçirib.

Gecə yarısı quldurluq

Cinayətkar əməllərini davam etdirən Cahangir Eyvazov tanışı Rəşad Dadaşzadə ilə birlikdə özgənin əmlakını ələ keçirmək barədə razılığa gəliblər. 16 avqust 2014-cü il tarixdə, gecə saat 03.00-da Nəsimi rayonu, Xətai prospektində yerləşən 62 saylı binanın qarşısında Rəşad Dadaşzadənin məlumatı və işarəsi ilə Cahangir diqqəti yayındırmaq üçün alışqan vermək adı ilə Ələsgər Fətullayevə yaxınlaşıb. Tanışlar həmin vaxt Ələsgər Fətullayevə basqın ediblər. Rəşad yumruğu ilə sifət nahiyəsinə bir zərbə vuraraq, Ələsgərəxəsarət yetirib. Onlar Ələsgərin 1000 manatını ələ keçiriblər.

6 maddəlik cinayət işi

Cahangir Eyvazov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 181.2.1, 181.2.2, 181.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə, Rəşad Dadaşzadə isə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.4-cü maddələri ilə ittiham olunublar. Cinayətkar tanışlara 22 il cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Eyvazov 12 il, Rəşad Dadaşzadə isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyib. Onların şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Əvvəlcə izləməli, növbəti gün planı icra etməli olduq”

Təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Dadaşzadə bildirib ki, Cahangir Eyvazovla xeyli müddətdir dostluq edir: “2014-cü ilin iyun-iyul aylarında Nərimanov rayonu ərazisində yerləşən Çin restoranının yaxınlığındakı “Labirint” kafesində qəlyançı, Ələsgər isə həmin kafedə ofisiant işləyib. Ələsgərin əlində bir neçə dəfə çoxlu pul olduğunu görmüşəm”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin avqust ayında işdən çıxandan sonra maddi vəziyyəti pis olduğundan Ələsgərin pulunu ələ keçirmək fikrinə düşüb:

“Həmin il avqustun 15-də, təxminən gecə saat 02 radələrində metronun Neftçilər stansiyasının yaxınlığında Cahangirlə söhbət edərkən bu barədə ona bildirdim. Cahangir təklifimlə razılaşdı. Cızdığım plana əsasən, əvvəlcə Ələsgəri izləməli, növbəti gün planı icra etməli olduq”. Rəşad Dadaşzadə qeyd edib ki, bu məqsədlə taksiyə minərək “Labirint” kafesinin yaxınlığına gəliblər:

“Ələsgər işdən çıxdıqdan sonra onu izlədik. Ələsgərin getdiyi yolu, döndüyü döngələri öyrəndim, pulu harada əlindən ala biləcəyimizi müəyyən etdik. Ələsgər məni tanıdığı üçün Cahangir onu vurub və sonra da pulunu götürməyimiz barədə razılaşdı. Mən isə kənarda gözləyərək Ələsgərin həmin yerə gələcəyi barədə Cahangirə xəbər verməli oldum”.

“Cinayəti imkansızlıq ucbatından törətmişəm”

Rəşad Dadaşzadənin bildirdiyinə görə, avqustun 16-da, gecə saat 02 radələrində metronun Neftçilər stansiyasının yaxınlığında Cahangirlə görüşüb, taksi ilə “Labirint” kafesinə gediblər: “Ələsgərin işdən çıxdığını gördüm və həmin taksi ilə onun yaşadığı Nəsimi rayonu, Xətai prospektinin yaxınlığındakı evin yanına gəldik. Qabaqcadan planlaşdırdığımız kimi Cahangir Ələsgərin yaşadığı evin tinində onu gözlədi. Mən isə bir qədər kənarda dayandım. Ələsgər tini döndükdə dərhal sonra Cahangirə zəng edərək məlumat verdim.

Bir neçə dəqiqədən sonra Cahangirin qaçaraq getdiyini gördüm. Buna görə də onun Ələsgərin pulunu ələ keçirdiyinə əmin oldum. Sonradan Cahangir zəng vuraraq metronun Neftçilər stansiyasının yaxınlığına gəlməyimi istədi. Orada Cahangir Ələsgəri vuraraq 1000 manat pulunu götürdüyünü dedi. Cahangir həmin puldan mənə vermədi. Cinayəti imkansızlıq ucbatından törətmişəm, əməlimdən peşmanam”.

Digər təqsirləndirilən şəxs Cahangir Eyvazov da Ələsgərə qarşı törətdiyi quldurluq cinayətini olduğu kimi danışıb. O, ifadəsinin sonunda qeyd edib ki, quldurluq cinayətini törədəndən sonra Rəşad Dadaşzadə ilə “Neftçilər” metro stansiyasının yaxınlığında görüşüb: “Həmin vaxt Rəşad ona çatacaq pulu istədi. Ona pulun özümdə qalacağını və birlikdə xərcləyəcəyimizi bildirdim. Sonrakı günlər həmin pulu Rəşadla birlikdə xərcləmişik”.

“Özümə avtomobil almaq üçün 1000 manat yığmışdım”

Zərər çəkmiş şəxs qismində dindirilən Ələsgər Fətullayev bildirib ki təxminən 1 ilə yaxındır atası ilə birlikdə Bakı şəhərində yaşayır: “2014-cü ilin yanvar ayından etibarən Nərimanov rayonu ərazisində yerləşən “Labirint” kafesində ofisiant işləyirəm. Özümə avtomobil almaq üçün 1000 manat yığmışdım. Həmin pulu həmişə üstümdə gəzdirmişəm. Hər gün gecə saat təxminən 02 radələrində işdən çıxaraq iş yoldaşlarımdan birinin avtomobili ilə evə gedirəm”. Zərərçəkmişin sözlərinə görə, 2014-cü ilin avqust ayının 15-dən 16-na keçən gecə, təxminən saat 02.30 radələrində işdən çıxaraq, iş yoldaşım Eminin avtomobili ilə yaşadığım evin yaxınlığında yerləşən Xətai prospektinə getdim. Orada avtomobildən düşərək yaşadığım evə tərəf gedərkən sonradan tanıdığım Cahangir məndən alışqan istədi. Cahangirə alışqanı vermək istədim.

Bu zaman Cahangir qəflətən yumruğu ilə sifətimdən bir zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Cahangir cibimdə olan 1000 manatı götürərək “Şərq bazarı” istiqamətində qaçdı”. Proses iştirakçılarını dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Cahangir Eyvazovun cəzası 9 il 11 ay 28 günə, Rəşad Dadaşzadənin cəzası isə 10 il 9 aya endirilib.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___