Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metropoliten 76 nəfəri işə götürdü
Tarix: 12-05-2016 | Saat: 12:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Metropoliten 76 nəfəri işə götürdü

Fevralın 25-də hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb.

Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, 77 nəfərin iştirak etdiyi kursda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib. İmtahan nəticələri məqbul olan 60 nəfər, qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanmaqla, hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib.

Bakı Metropoliteni QSC-nin işarəvermə və rabitə xidmətində də vakant vəzifələrə işə qəbul prosesi yekunlaşıb. Bu sahədə də 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb.

QSC vakant vəzifələr üzrə işə qəbul prosesinin davamlı olacağını bildirib.


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___