Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə ağır qəza: 5 yaralı
Tarix: 11-05-2016 | Saat: 19:59
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gəncədə ağır qəza: 5 yaralı
Bakı-Qazax magistralının Gəncə şəhərinə girişində yol qəzası baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Bakıdan Gəncəyə gələn "VİTA" və "Hyundai Elantra" markalı avtomobillər toqquşub. "Hyundai" markalı avtomobilə arxadan çırpılan "VİTA" yoldan çıxaraq ağaca və işıq dirəyinə dəyib. Zərbənin təsirindən ağac qırılaraq avtomobilin üzərinə aşıb. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və 3 sərnişini xəsarət alıb.

Yaralılardan 23 yaşlı Oqtay İbrahimi və 28 yaşlı Elvin Ağayev Gəncə şəhər TTYX-yə aparılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digərinin müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Qəzaya yüksək sürətin səbəb olduğu deyilir. Faktla bağlı araşdırmalar davam edir.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
Müəllif: gns
Tarix: 11 may 2016 22:17
Mesajınızdgj
bütün xəbərlər
____ Instagram ___